Alatoranlıqda yolboyu sürətlə yaxınlaşıb-uzaqlaşan avtomobil işıqları kimidi ömür. Nurunda aydınlanmadan yox olur. İllərlə üstündən minlərlə maşın keçmiş yollar, milyonlarla insan ötmüş cığırlar elə bilirik həmişə var, bitmir, tükənmir. Amma o da bir gün olmaya bilər, çörək kimi qurtara bilər. Ona tüpürmək günahdı, onu da çörək kimi öpüb göz üstünə qoymaq lazımdı. Ona and içmək lazımdı, əl basmaq lazımdı, ona inanmaq lazımdı.

Ətraflı