Kriminal xəbərləri yazaqmı?

Müsahibə15.09.2015

“Heç bir halda caninin pozitiv obrazını yaratmaq olmaz”

Davamı

Hər suala bir cavab

Elm07.09.2015

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Davamı

XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqaza, Azərbaycana kütləvi köçürülməsi Rusiyanın Rusiya-İran müharibələrində qələbəsi nəticəsində mümkün oldu. Əlbəttə, erməniləri Qafqazda yerləşdirmək, onları öz himayəsi altına almaq siyasəti I Pyotr tərəfindən başlamışdı və sonralar digər Rusiya çarları da bunu davam etdirmişdilər.

Davamı

Osmanlı imperiyası. Bu çoxmillətli və çoxdinli türk dövləti tarixin ən böyük imperiyalarından biri və bütün dünyada yaşayan türklərin qürur mənbəyidir.

Davamı

Müasir Azərbaycan dili mövcud dillərdən bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Belə cəhətlərdən biri də, onun - dilimizin mənsub olduğu xalqın, ölkənin adı ilə adlandırılmasıdır. Məhz buna görə də, əsasən, digər dillərlə müqayisədə “Azərbaycan dili” böyük hərflə yazılır.

Davamı

Qələmin altında titrəyən ölüm

Ədəbiyyat01.09.2015

Unudulmaz ədəbiyyatşünas-tənqidçi Arif Əmrahoğlu bu məqaləni beş il əvvəl, şair İsa İsmayılzadə haqqında hazırlanan kitab üçün yazmışdı.

Davamı

Fizika elminin nəhənglərindən hesab olunan dahi İsaak Nyuton Yuli təqviminə görə, 1642-ci ilin 25 dekabrında Likolnşir qraflığındakı Qrentem şəhərinin Vulstrop adlı kiçik bir kəndində xırda fermer ailəsində doğulub. Onun atası oğlunun dünyaya gəlişinə üç ay qalmış vəfat edib. İsaakın doğuşu vaxtından qabaq olduğuna görə həddən artıq zəif olub. Çoxları onun yaşayacağına inanmırmış. Deyilənə görə, körpəni uzun müddət xaç suyuna salmayıblar. Bir müddət sonra onun yaşadığını görən qohumları bu ayini yerinə yetiriblər.

Davamı