Ömür və yaddaş kitabı

Ədəbiyyat23.11.2015

Müdriklərin bir deyimi var: kamil insan öz həyatında dörd vacib şərtə əməl etməlidir – ev tikməli, ağac əkməli, övlad böyütməli, kitab yazmalıdır. Əlbəttə, bu kamillik heç də hər kəsə qismət olmur. Amma qismətinə belə xoşbəxtlik düşənlər, kamillik şərtlərini taleyində yaşayanlar da yox deyil. Ömrünün səkkizinci onilliyini yaşayan Səməd Qarayev də belə insanlardan biridir.

Ətraflı

Noyabrın 18-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində tanınmış yazıçı, tərcüməçi Saday Budaqlının 60 illik yubileyi və “Yolüstü söhbət” kitabının təqdimatı keçirildi.

Ətraflı

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Prezident İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəldilər.

Ətraflı

“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar noyabrın 19-da Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.

Ətraflı

Qəhrəman, telejurnalist, gözəl şair, səmimi, böyük ürəyə sahib olan Alı Mustafa oğlu Mustafayev 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdu. Daşı-torpağı, havası-suyu şairlər, ziyalılar, şəxsiyyətlər yetişdirən Qazax, Alı Mustafayevə şair qəlbi, şair qələmi bəxş etdi. Onun ilk şeirləri 1973-cü ildə “Elektrik” qəzetində dərc olunmağa başladı. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Beləliklə A.Mustafayev 1981-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başladı. İşlədiyi müddətdə “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görüldü. Alı Mustafayev daha sonralar işləyə-işləyə Ali Partiya məktəbini də bitirdi. O, reportajlarında faktları və rəqəmləri təhrif etmədən tamaşaçılara çatdırıb. Son zamanlar cəbhənin ən qaynar nöqtələrindən, Topxana meşəsindən, Moskva Qurultaylar sarayından, İcevan görüşlərindən yetərincə maraqlı, dolğun verilişlər hazırlayırdı. Vətəni üçün bütün qüvvəsini, mənəvi, fiziki gücünü ortaya qoymuşdu.

Ətraflı