Dilin yansın, yoxsa yanmasın?

«Aydın Yol»çular18.12.2015

Görəsən bu dünyada Məhəmməd ümmətindən qeyrisi dara, çətinə düşəndə özünə Allahdan ölüm arzulayırmı? İnanmıram. Avropalı düşdüyü çətin duruma çözüm axtarar, əksər hallarda da tapar. Bizlər neylərik?  Bizi bu durumdan çəkib çıxaracaq bir adam axtararıq, ümidimizi möcüzəyə bağlayayarıq. Gözlərik, gözlərik, gəlməyincə də dərhal çarəsizliyə qapılar, ağlar, sızlar, sonda da  əlimizi göyə qaldırıb Allahdan ölüm istəyərik: “Allah bir ucuz ölüm göndərmir ki, ölüm, canım  qurtarsın, maşın vursun məni, başıma bir daş düşsün” və bu qəbildən olan dürlü-dürlü qarğışlar.

Davamı

Toy, toy, toydu bu gün...

«Aydın Yol»çular18.12.2015

Ağlı-qaralı sənətkar taleyi

Mədəniyyət13.12.2015

“İncəsənət qurban tələb edir”. Gündəlik həyatımızda bu ifadədən tez-tez istifadə edirik. Bəzən bu replika müzakirələrin yekunu kimi ortaya çıxır. Situasiyadan asılı olaraq, bəzən də sözügedən cümlə ümumi söhbətə yumoristik çalar verir. Amma istənilən halda, fikrin kökündə ağrı var.

Davamı

Atamın dostları

Ədəbiyyat11.12.2015

Azərbaycan əsilli görkəmli türk yazıçısı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu (1909-1982) çağdaş Türkiyədə memuar ədəbiyyatının  görkəmli nümayəndələrindən biri kimi tanınır. Onun oxuculara təqdim olunan “Atamın dostları” kitabında atası, XX əsrin ilk onilliklərində Azərbaycanın və Türkiyənin fikir həyatında müstəsna xidmətlər göstərmiş Əhməd Ağaoğlunun (1869-1939) türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra görkəmli şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır.

Davamı

Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Problemlərin həllində vətəndaş təşəbbüslərinin dəstəklənməsi” adlı layihənin icrasını başa çatdırıb.

Davamı

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu küçə adları, reklam və afişaların dili mövzusunda 2015-ci il ərzində aparılmış monitorinqlə bağlı mətbuat konfransı keçirib. Tədbir “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun şəkildə baş tutub.

Davamı

Moskvada keçirilən gənc ifaçıların XVI Beynəlxalq televiziya müsabiqəsi - “Şelkunçik”, dekabrın 7-də başa çatıb. Rusiyanın “Mədəniyyət” kanalı tərəfindən reallaşan müsabiqə böyük marağa səbəb olub. Yarışmada 24 ölkəni təmsil edən 48 gənc ifaçı 3 ixtisas üzrə (fortepiano, skripka, nəfəs və zərb alətləri) mübarizədə iştirak edib.

Davamı

Hamletin, yoxsa Ana dilimizin faciəsi?

«Aydın Yol»çular11.12.2015