Yazıçı və şairlərin həyatında onların ailələrinin, həyat yoldaşlarının böyük rolu olur. Fədakarlığı ilə tanınan bir çox qadın özünü çətin, keşməkeşli həyat yaşayan yaradıcı ərlərinə həsr edib. Onlar həyat yoldaşlarının şəxsi mühasibi, köməkçisi, stenoqrafçısı, katibəsi, hətta redaktoru olmaqla, dahi yazıçıların ədəbi yaradıcılığında çox böyük rol oynayıblar...

Davamı

Frazeoloji vahidlərin tərcüməsi

Ədəbiyyat04.03.2016

Ümumleksik problemlərdən biri də geniş mənada frazeoloji vahidlərlə, dildə qəlibləşmiş, sabitləşmiş sintaktik konstruksiyalarla (deyim, ifadə, atalar sözü, məsəl, hikmətli söz, aforizm  və s.) əlaqədardır. Frazeoloji vahidlər, xüsusilə atalar sözü və məsəllər mətnin tərkib hissəsi kimi çıxış etdiklərinə, yəni işlədildiyi kontekstdə aydınlaşdırıcı, dəqiqləşdirici, fikri tamamlayıcı kimi köməkçi funksiyalar yerinə yetirdiklərinə görə, tərcümələri də əslinə adekvat olmalıdır. Aydındır ki, qohumdilli olmayan xalqlarla müqayisədə qohum, xüsusilə də yaxın qohum dillərin daşıyıcıları olan xalqlar daha çox ümumi, müştərək frazeoloji birləşmələrə, atalar sözü və məsəllərə malikdir. Burada dil qohumluğu ilə yanaşı, mənşə ümumiliyi, təbiət eyniliyi, coğrafi yaxınlıq, sosial-iqtisadi, mədəni-məişət, adət-ənənə müştərəkliyi də mühüm rol oynayır.

Davamı

Bu dünyanın Əşrəfi

Mədəniyyət04.03.2016

Azərbaycanın Almaniyadakı səfirliyində işimi bitirib eşiyə çıxdım, elə səfirliyin avtomobilinə əyləşmək üçün kabinanın qapısını açmışdım ki, bir nəfər mənə yaxınlaşdı:

Davamı

“Kim”liyini pula satan yazar

«Aydın Yol»çular04.03.2016

Rusiyada bir yazıçı var. Deyilənə görə, pis yazmır. Açığı, əsərlərini oxumamışam, amma internetdəki rəylərdən bəlli olur ki, bəzi həmkarları onun qələmindən çıxan yazılara yüksək dəyər verirlər. Əslində, bir ziyalı kimi, qonşu ölkədə yazıb-yaradan sənət adamlarının hər bir uğuruna sevinmək lazımdır. Amma...

Davamı

...Gecənin vahiməli qaranlığından qurtulan səhra günəşin ilk şəfəqləri ilə sanki cana gəlir. Külək də yavaş-yavaş səngiyir. Kül rəngli qum təpələri günəş istisini bir içim su bilib acgözlüklə canına çəkir. Türkmənistan səhrası tənbəl-tənbəl yuxudan oyanır...

Davamı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni layihəsi olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ədəbi ictimaiyyətin marağına səbəb olub. Layihəyə əsasən, Azərbaycan ədəbiyyatı nümunələrinin bir sıra ölkələrdə, müxtəlif dillərdə nəşri planlaşdırılır. Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Afaq Məsud bu və digər məsələlər, eləcə də ana dilinin tətbiqi və tərcümə işinin vəziyyəti, ümumilikdə qurumun fəaliyyətinin əhatə dairəsi ilə bağlı AzərTAc-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

Davamı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Bizim həyatımız - bir şeh damlası” kitabı işıq üzü görüb.

Davamı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr studiyasının rəhbəri və fəalları Sankt-Peterburqda keçirilmiş “Caz karuseli” ikinci beynəlxalq müsabiqəsində baş mükafata – Qran-priyə layiq görülüb.

Davamı