İsveçrənin Lozanna şəhərində, Lozanna gölü ətrafında məşhur komediya ustası  Çarli Çaplin muzeyi açılıb. Muzey böyük aktyorun ömrünün son 25 ilini keçirdiyi Manuar de Ban mülkündə yerləşir. Muzeyin yaxınlığında olan parkda isə Ç.Çaplinin şəxsi həyatını əks etdirən sərgi açılıb. Sərgidə aktyorun şəxsi əşyaları, fotoşəkilləri, əlyazmaları, ailə arxivindən olan materiallar, filmlərin afişası, yaratdığı qəhrəmanların mum fiqurlarından ibarət ekspozisiyalar nümayiş olunur.

Davamı

Səhnəmizin sönməyən ULDUZU

Mədəniyyət22.04.2016

Azərbaycanda onu tanımayan yoxdur. Tanımaq azdır, bu adın çəkilməsi kifayətdir ki, dodaqlara gülüş qonsun, adamların üzünün qırışığı açılsın, əzazil, amma sevimli Cənnət xala (“Qayınana”), kişilərdən ehtiyat edən, mehrini toyuq-cücələrə salan sadəlövh Züleyxa (“Ulduz”), türkəçarələrə aid məşhur sitatıyla yadda qalan Fatmanisə (“Ögey ana”), yeri düşdü-düşmədi hər yerdə bazar açan Qızbacı (“Hicran”) və başqa məşhur obrazları göz önünə gəlsin. Artıq bildiniz, deməyə ehtiyac yoxdur, söhbət əvəzolunmaz Nəsibə Zeynalovadan gedir - Azərbaycanın Xalq artistindən, böyük komediya ustasından.

Qəribədir, amma adətən elə belə də olur – komediya ustalarının həyatı heç də asan keçmir. Bu həftə 100 illiyini qeyd etdiyimiz Nəsibə Zeynalova da bu sırada istisna deyil..

Davamı

Türkcədən dilimizə çevrilən şeir nümunələri əsasında tərcümə zamanı yol verilən bəzi leksik-qrammatik və semantik təhriflər kifayət qədərdir.

Davamı

Sonuncu tanqo...

Tarix22.04.2016

73 yaşlı sərkərdənin son rəqsi

Davamı

Döyüş ruhlu Azərbaycan

Tarix22.04.2016

(Cəbhə xəttindən reportaj)

Davamı

Aprelin 21-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanaraq nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

Davamı

Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan “Oxu günü-2” festivalında “Əsgərə kitab” adlı kitab aksiyası keçiriləcək.

Davamı