Ələkbər Tufan

Beynəlxalq12.02.2018

ABŞ-ın keçmiş prezidenti Bill Klinton amerikalı yazıçı Ceyms Pattersonla müştərək “İtmiş prezident” adlı roman yazır. Kitabın növbəti ilin iyun ayında nəşr olunacağı gözlənilir.

Qərb elminin qəribə “ixtiraları”

Protaqor: Universal həqiqət yoxdur, hər kəsin öz həqiqəti var.

Sokrat: Universal həqiqət var, sadəcə, onu axtarmaq lazımdır.

Kant: Universal həqiqəti axtarmaq lazım deyil, o, bizdə anadangəlmədir.

Azərbaycan ədəbiyyatında deyil, təbiətşünaslıq sahəsində də özünə əbədiyyət qazanmış simalardan biri də Nəcəf Bəy Vəzirovdur. “Müsibəti-Fəxrəddin” faciəsi ilə orta nəslin yaddaşında özünə möhkəm yer etmiş Vəzirovun yaradıcılığı XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. 1854-cü ildə Şuşa şəhərində doğulan yazıçının həyatı təbədüllatlar içərisində keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üzərinə düşüb. Təbiətcə sakit və qaradinməz, bədəncə zəif və xəstə olan Nəcəf bəy, yalnız on iki yaşında məktəbə gedə bilib, tez bir zamanda oxuyub-yazmağı öyrənib. Sonrakı təhsil illərində məktəbdəki özbaşınalıqlar (müəllimlərin şagirdlərlə kobud rəftarı və s.) onu buradan qaçmağa məcbur edib. O, 1868-ci ildə Şuşadan Bakıya gəlib, real gimnaziyanın ikinci sinfinə daxil olub. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanan Nəcəf bəy gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınıb. Burada Həsən bəy Zərdabidən dərs alıb, müəlliminin fikirləri onun inkişafına güclü təsir göstərib. Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərib, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olub. Yazıçının teatrla tanışlığı da bu zaman başlanıb. O yazır: “1873-cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

London Taueri nə vaxt inşa edilib?

Eskimoslar harada yaranıb?

Çətir, əlcək, corab və burun yaylıqları nə vaxtdan istifadə olunur?

“Qurban” romanı üzərində işləyərkən, Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil almaq üçün Osmanlı dövlətinə və Avropa ölkələrinə göndərdiyi gənclərin taleyi ilə maraqlanmalı oldum...

Arxiv sənədləri nə deyir?

Mədəniyyət05.12.2016

“Arşın mal alan”ın tarixçəsi:

Müharibə dövrünün kinosu

Mədəniyyət07.11.2016

«Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi.

Şuşada axşamlar yanar ulduzlar...

Mədəniyyət07.12.2017

I yazı

“Ögey ana” üçün çay dəstgahı

Mədəniyyət02.10.2017

...Hə, “Hüseynbala açıqlığı” deyəsən, burada idi. Taxta çöpünün ucundakı balaca “şüşə xoruz”u almaq üçün hər gün bura cumardıq...Babayevin su dükanı da açıqlığın yanında. Dayanıb səbirsizliklə gözləyərdik ki, Babayev iri buz parçalarını nə vaxt doğrayıb qurtaracaq, sonra onları iri taxta çəlləyə dolduracaq, biz də soyuq “Buratino” limonadından alıb ləzzətlə içəcəyik... Bəs diş həkimi Tağızadənin kabineti harada idi? Hə, yolun kənarında...Bu da “Həmişəri palanı”... Nənəm Kubra arvad 20 qəpik verib tapşırırdı ki, qara çörək alım. Arvadın şəkəri vardı, deyirdi ki, orada satılan çörəyin dadı əladır... Budur, bir addımlıqda da nənəmgilin dalanı... Aktyorların, şair və yazıçıların yaşadığı o məşhur dalan! İndi heç biri yoxdur - nə evlər, nə adamlar. Haqq dünyasına qovuşublar. Elə “Sovetski” deyilən yeri də söküblər, bir-birinə sığınmış o birmərtəbəli tikililərdən əsər-əlamət qalmayıb. Yerində parklar, xiyabanlar salınacaq.  Candan artıq sevdiyim Bakı daha da gözəlləşəcək. Amma mən, Allaha çox şükür, heç nəyi unutmamışam...

Üzr istəmək böyüklüyü

Yazarlar28.11.2017

Üzr istəyirəm! Özlərini müasir və mədəni sayan bəziləri nədənsə bu ifadəni öz leksikonundan silib, yaxud, ümumiyyətlə, insanlığa xas olan bu sözləri söyləməyi adlarına yaraşdırmırlar.

Ən münasib variant

Yazarlar19.12.2016

Daha bir erməni fəal Azərbaycan, Ermənistan sülh platformasına qoşulub. Vahe Avetyan, Süzan Caginyan və Vahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal - Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirib.

Uduzan kim, udan kim?

Yazarlar12.12.2016

Telekanallardan birində efirə gedən kriminal xəbərlərdəki süjet diqqətimi çəkdi. Üç yeniyetmə polis bölməsində ifadə verirdi. Zahiri görünüşlərindən və geyimlərindən hiss olunurdu ki, imkanlı ailələrin övladlarıdır. Onlar yaşadıqları rayonun ərazisində gecə saatlarında avtomaşınlardan oğurluq etdiklərini, ehtiyat hissələrini isə dəyər-dəyməzinə satdıqlarını etiraf etdilər. Müstəntiqin “əldə etdiyiniz pulu hara xərclədiniz?” sualına hər üçü təxminən eyni cavabı verdi:

1000 dramın erməni dramı

Yazarlar05.12.2016

Ermənistanda övladları orduda həlak olan valideynlərin etiraz aksiyaları səngimək bilmir. Hökumətin qərarı ilə indi hər işləyən şəxsin əmək haqqından ayda 1000 dram (2 dollara yaxın) pul tutularaq hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fondunda toplanacaq.

Onları uçurumdan qoruyaq

Yazarlar23.11.2016

Azərbaycanda 33 internat tipli məktəb və 6 uşaq evi var. Hər il 700-dən çox gənc bu uşaq müəssisələrini tərk edərək müstəqil həyata qədəm qoyur. Bəs onların gələcək taleyini kim izləyir? Cəmiyyət bu adamları qəbul etməyə hazırdırmı?