Elektron ədəbiyyat və sənət portalı

2014-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Patrik Modiano keçmişdən poetik vəsait kimi istifadə etsə də, tez-tez ona şamil edilən “nostalji” yarlığından xoşlanmır. Onun xəyalpərəst, ciddi, son dərəcə orijinal, estetik axınların təsirinə düşməyən əsərləri illərə meydan oxuyur. Bu da onun ədəbiyyatda yerini təmin edir. Özünü gizlədən, paylaşılmalardan xoşlanmayan bir insan və başqalarından təsirlənməyən, etdiklərinə əminliyi olan yazıçı...

Davamı

(Hekayə)

Davamı

Ümumleksik problemlərdən biri də geniş mənada frazeoloji vahidlərlə, dildə qəlibləşmiş, sabitləşmiş sintaktik konstruksiyalarla (deyim, ifadə, atalar sözü, məsəl, hikmətli söz, aforizm  və s.) əlaqədardır. Frazeoloji vahidlər, xüsusilə atalar sözü və məsəllər mətnin tərkib hissəsi kimi çıxış etdikləri, yəni işlədildiyi kontekstdə aydınlaşdırıcı, dəqiqləşdirici, fikri tamamlayıcı kimi köməkçi funksiyalar yerinə yetirdiklərinə görə, tərcümələri də əslinə adekvat olmalıdır. Aydındır ki, qohumdilli olmayan xalqlarla müqayisədə qohum, xüsusilə də yaxın qohum dillərin daşıyıcıları olan xalqlar daha çox ümumi, müştərək frazeoloji birləşmələrə, atalar sözü və məsəllərə malikdir. Burada dil qohumluğu ilə yanaşı, mənşə ümumiliyi, təbiət eyniliyi, coğrafi yaxınlıq, sosial-iqtisadi, mədəni-məişət, adət-ənənə müştərəkliyi də mühüm rol oynayır.

Davamı

Vahid Əziz Azərbaycan poeziyasının seçilib-sayılan şairlərindəndir və ötən ilin payızında ömrünün 70-ci ilinə qovuşdu...

Davamı

Törə xanım Şərəbanını bizə gətirdi. Cəfər onunla xeyli söhbət etdi. ”Almaz”ın finalında Fatmanisənin komissiya qarşısında söylədiyi sözlərin bəziləri Şərəbanının həmin söhbətindən götürülüb. Sonradan mən “Almaz”ı oxuyanda Cəfərdən soruşdum ki, deyəsən, Şərəbanın sözlərini Fatmanisənin dili ilə vermisən?

Davamı

A Molla Nəsrəddin əmi! Bizim də sənə bir işimiz düşübdür.

Davamı

Mən, Cəfərin ayrı-ayrı əsərləri: “Almaz”, “1905-ci ildə”, “Sevil”, “Dönüş” və “Yaşar” pyesləri üzərində işləyərkən müşahidə etdiyim bəzi cəhətlərdən danışmaq istəyirəm. Xatirə xarakteri daşıyan bu kiçik qeydlər, şübhəsiz ki, dramaturqun öz əsərlərini necə yazdığı haqqında geniş, hərtərəfli məlumat verə bilməz. Mən yalnız, Cəfərin həmin pyesləri yazarkən əhval-ruhiyyəsindən danışacağam.

Davamı