Elektron ədəbiyyat və sənət portalı

Yel - rəqs edən bir qaraçı,

Əsmə əsir, üryan budu.

Mən kiməm? Cızma-qaraçı,

Xəzərə bax – ozan budu.

 

Mən mütərcim, o – tərcüman,

Mən qocalan, o – qocaman.

Heç fələyə verməz aman,

Deyər: yolu azan budu!

 

İkiyik, birimiz qalar,

Mən gedərəm, dəniz qalar.

Vladimirdən iz qalar? –

Əhvalımı pozan budu.

Davamı

Azərbaycanda elan olunmuş “Multikulturalizm ili” münasibətilə və Böyük Britaniyanın dini liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Böyük Britaniyanın “Faith Matters” təşkilatı ilə birgə Londonda silsilə tədbirlər keçirilib.

AzərTAc, Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevdən bu səfər və keçirilən tədbirlərlə bağlı təəssüratlarını öyrənib. “Aydın yol” qəzeti müsahibəni  oxuculara təqdim edir.

Davamı

Bu günlərdə Xalq şairi Sabir Rüstəmxanlının yetmiş yaşı tamam olur. Bu yaxınlarda şairin yubileyi qardaş Türkiyədə qeyd edilib. Bakıdakı yubiley tədbiri mayın 25-də, Akademik Milli Dram Teatrında baş tutacaq.

Davamı

Onu “Azərbaycanın Levitanı” adlandırırlar. Qeyri-adi səsiylə artıq çoxdandır ki, millətin sevgisini qazanıb. Söhbət, əlbəttə ki, hərbi diktor-müğənni Şəmistan Əlizamanlıdan gedir. “Aydın Yol” qəzetinin bu dəfəki müsahibi döyüş ruhlu mahnıları ilə efirlərimizi, ürəklərimizi və dilimizi bəzəyən Şəmistan Əlizamanlıdır.

Davamı

Azərbaycan alimləri bu günlərdə türk dünyasının mütəfəkkiri, böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibəti ilə Əfqanıstanda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər. Konfransın açılışı Əfqanıstanın paytaxtı Kabil şəhərində olub. İki gün davam edən elmi məclisdə Əfqanıstan, Özbəkistan, Tacikistan, Hindistan, Pakistan, Qazaxıstan, Türkiyə və Azərbaycandan olan alimlər iştirak ediblər.

Ölkəmizi simpoziumda təmsil edən Elmlər Akademiyasının baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Almaz Ülvi səfər təəssüratlarını “Aydın yol” qəzeti ilə bölüşdü.

Davamı

Rövşən İsax sənət aləmində “Aktrisa” bədii filminin rejissoru kimi qəbul olunur. Amma tamaşaçı onu daha çox teleseriallardan tanıyır – “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Vicdan haqqı”.

Davamı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni layihəsi olan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ədəbi ictimaiyyətin marağına səbəb olub. Layihəyə əsasən, Azərbaycan ədəbiyyatı nümunələrinin bir sıra ölkələrdə, müxtəlif dillərdə nəşri planlaşdırılır. Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Afaq Məsud bu və digər məsələlər, eləcə də ana dilinin tətbiqi və tərcümə işinin vəziyyəti, ümumilikdə qurumun fəaliyyətinin əhatə dairəsi ilə bağlı AzərTAc-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

Davamı

Yaradıcılıq real olduğu qədər də mistik prosesdir. İlk misranın, ilk notun, ilk rəngin, ilk kadrın hər müəllifin yaddaşında öz tarixi, öz tarixçəsi mövcuddur. Hərəsinin də öz əhvalatı, öz yozumu, öz yanaşması var. “Aydın Yol” qəzeti “Yaradıcılıq mətbəxi” rubrikasında müxtəlif sənətkarların sirli dünyasına baş vurmağa çalışacaq. Bu dəfə istedadlı rəssam, Rəssamlar İttifaqının üzvü Vüqar Əlinin yaradıcılıq mətbəxindən danışacağıq. 

Davamı