Bəhlul Seyfəddinoğlu

Bəhlul Seyfəddinoğlu - filoloq, tərcüməçi

 

1955-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib (fars filologiyası şöbəsi). İranda, Əfqanıstanda tərcüməçi işləyib. SSRİ Jurnalistlər İttifaqının üzvü olub.  

“Azərbaycan pioneri” qəzetində redaktor müavini, “Abşeron” rayon qəzetində, “Mülkiyyətçi”, “Bizim Əsr” qəzetlərində redaktor, AZTC-nin “Aydın yol” qəzetində icraçı direktor vəzifəsində çalışıb. Mətbuatda yazılarla çıxış edib. Müxtəlif telekanallarda yayımlanan iki yüzə yaxın filmi, serialı Azərbaycan dilinə çevirib.

Hazırda Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin müdiridir.