Elektron ədəbiyyat və sənət portalı

Süleyman Sani Axundov - "Qaraca qız"

Bölmə: Uşaq yazıçıları 03.07.2018

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb.

Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyib. S.S.Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib və ərəb əlifbasını islah üçün təkliflər irəli sürüb. O, pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.  

S.S.Axundovun ədəbi yaradıcılığına dram, komediya və hekayələr daxildir. 1899-cu ildə yazdığı “Tamahkar” adlı ilk komediyasında yaratdığı xəsis obrazı vasitəsilə köhnə adət-ənənələri, tamahkarlığı tənqid edib.

O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb.

Bu hekayələrdə valideynlərini itirmiş  uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. 

“Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulur.  

Hekayədə körpəlikdən ata-anasını itirən xeyirxah və cəsarətli Tutunun taleyindən danışılır. Bu zavallı qız əvvəlcə qaraçıların, sonra isə Piri babanın himayəsinə keçir. O, gözüaçıq uşaq kimi həyatın hər iki tərəfını düşünür və görür ki, tüfeyli Hüseynqulular zənginlik içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar.

 

Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu mühitdə qəfəsdəki quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Bəyin arvadı Pəricahan xanım isə qızının qaraçı ilə dostluğunun əleyhinədir.

Bir gün o, qızların birgə rəqs etmələrini görür və qəzəblənərək Tutunu vurur. Xədicə isə bağçaya qaçır və onu ilan sancır. Rəfiqəsinin səsini eşidən Tutu köməyə çatır və qızın yarasından zəhəri sümürərək, onun həyatını xilas edir. Lakin Xədicənin anasının vurduğu sillədən Tutunun dodağı yaralandığı üçün zəhər onun qanına keçir. Həkimin səylərinə baxmayaraq Tutunun həyatını xilas etmək olmur. Beləliklə, qısa ömrünü məhrumiyyətlər içində yaşamış Tutu dostluq naminə canını əsirgəmir.

Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidməti olub. O, 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edib. 

 

 

“Qaraca qız”

 

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. 

Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. 

Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı. Hər zaman anası onun nadincliyindən qonşulara şikayət edib deyərdi:

- Qaraca qızı su batırmaz, od yandırmaz.


Bununla belə Qaraca qız çox rəhmdil və səxavətli qız idi. Hər nə əlinə düşsəydi, yoldaşları ilə bölüşərdi.

 

Usta Zeynal yaşadığı şəhərdə tez-tez zəlzələ olardı. Bir qış həmin şəhərdə böyük zəlzələ olub çox ev uçurtdu. Zəlzələ gecə yarısı, xalq şirin yuxuda ikan ittifaq düşdüyünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətrafdan xalq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə olub əllərində kürək, bel, külüng uçuqları qazımağa başladılar. Ata oğulu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar. Bir dəstə də Usta Zeynalın evini qazıyırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca Usta Zeynalın meyidi çıxdı.

Bir azda qazıyandan sonra bir deşik açıldı. Buradan çılpaq bir balaca qız çıxdı. Bu qız həmin Qaraca qız idi.

O, ata-anasının meyitlərini görüb ağlamağa başladı. Hər kəs öz qohuməqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi.

Zəlzələdən iki gün qabaq, bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. O dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib, ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun heç bir kəsi olmayıb qərib olduğunu bilib, öz yanlarında saxlamağa məcbur qaldılar.

Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad ürəkli bir qadın idi. Xasiyyətinin yaxşılığına görə Yasəməni hamı sevərdi; amma onun əri Yusifi heç kes sevməzdi, çnüki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə çox mənfəət verərdi. Onun əri Yusif də qapı-qapı gəzib ayı oynadardı.

Yasəmən Qaraca qızı çadıra gətirən zaman, Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onunla bərabər səhər tezdən buradan çıxıb yola düşmüşdü. Yerdə qalanı da getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, çünki bilmirdi ki, o, Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.

Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü. Yasəmənin iztirabı bihudə deyilmiş, çünki geridə qalmış dəstə gəlib yoldaşlarına çatdıqda Yusif bu işdən xəbər tutub çox acıqlandı və bir kəndə çatan kimi Qaraca qızı orada qoyub gedəcəyini söylədi. Yasəmən ərinə yalvardı ki, belə iş etməsin, lakin Yusif onu dinləmək belə istəmədi... Qaraca qız isə ürəyində bu işə şad idi, o, Yusifdən qorxurdu və qorxmağa da haqlı idi; Yusifin heybətli sifəti, hələ qara və pırtlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə Qaraca qızın gələcəkdə onlara böyük mənfəət verəcəyini söylədi.

- Yusif, bilirsənmi mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kimi oynamaq öyrədəcəyəm və üst-başını bəzəyib kəndlərdə, şəhərlərdə oynadacağam, sənin üçün pul yığacağam. Bu fikri Yusif bəyənib, Qaraca qızın dəstədə qalmasına razı oldu.

* * *

Qaraçıların məişətini Qaraca qız çox bəyənirdi və bu gün burada, sabah bir təzə yerdə, çay qırağında, meşə kənarında, mənzil edib çadır qurmaq, nağıl söyləmək - bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vaxtlar Qaraca qız Yusifin ayısından qorxurdu. Amma sonralar öyrəşib onunla çox dost olmuşdu. Ayı da

onunla oynamağı sevirdi.

Yasəmən Qaraca qızı ərinə söz verdiyi kimi, yaxşı geyindirib oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözel səsinə və oynamasınatəəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf tutanda, dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu
barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə xasiyyətinin pisliyindən hər ikisini çox incidərdi.

Qaraca qızın təbiətində inadcıllıq vardı. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməzdi. Qaraca qız, ancaq Yasəmənin sözündən çıxmazdı, çünki Yasəmən onunla mehriban dolanırdı. Yusif Qaraca qızın
tərsliyinə təəccüb edib arvadına deyərdi:

- Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam.
 

Yasəmən ona belə cavab verərdi:

- Bunun səbəbi odur ki, ayı heyvandır, bu isə insandır. Heyvanla edilən rəftar insanla edilməz. Heyvana yoğun çubuq lazımsa, insana mehriban rəftar, mülayim söz lazımdır.


Yusif arvadının bu dogru sözünə inanmayıb deyərdı:


- Yox, bu səbəb deyildir, sən olmasan, mən onu iki günün ərzində mum kimi edərəm.

 

Ərlə arvadın arasında olan belə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi. Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüşsə də, lakin qaçmağa heç vəhclə imkan tapa bilməmişdi.

* * *

İki ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub deyərdi:
 

- Bu zavallı qıza nə çox əziyyət verirsən. Axır təngə gəlib qaçar və sənin də əlin belə böyük mənfəətdən çıxar.
 

Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı döyməkdən bir müddət çəkinərdi.

Yayın orta ayı idi. Gütıün istisindən insanlar, heyvanlar və quşlar kölgə yer və sərin su arayırdı. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi. Günorta vaxtı idi. Qaraçılar hərəsi bir işə məşğul idi. Yusif ayısını götürüb
yaxın kəndə getmişdi. Yasəmən çayın qırağında su qızrıdıb paltar yuyurdu. Qaraca qız da çayda çimirdi. Çay dağ döşündən gəldiyinə görə xeyli iti və xarıldayaxarıldaya axırdı; amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi. Yasəmən paltarı yuyub kollarm üstünə qurmaq üçün sərmişdi. Özü də başını
yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiyinə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra
Yasəmən yenə Qaraca qızı çağırdı. Bu dəfə də cavab almadı. Yasəmən saçlarını döşündən yığıb belinə atdı. Bu halda qulağına çay tərəfindən sel gurultusu gəldi.

Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız şəlalənin altında idi. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, gurultu və nərilti ilə gələn seli görüb var gücü ilə qışqırdı: - Qızım, tez ol qaç, sel gəlir.

Qaraca qız Yasəmənin səsini eşidib, şalələnin altından çıxdı, ancaq bir neçə addım atmamışdı ki, sel onun üstünü cəllad kimi aldı. Yasəmən işi belə gördükdə alıcı quş kimi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir azdan sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra, üzüb Qaraca qıza çatdı və saçlarından tutub çiyninə atdı. Hərçəndi Yasəmən çox üzücü idi. Amma bu iti axan, daşları və boyük kolları yumalayan seldə üzmək mümkün deyildi. Qaraçılar Yasəmənin qışqırığını eşidib köməyə töküldülər. Sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı. Amma Yasəməni sel götürüb üzüaşağı axıtdı. Qaraçılar çaya tökülüb hər ikisini sudan çıxartdılar. Onların ikisi də bihuş qalıb yerə sərilmişdi, üzlərinin rəngi ölü rəngi kimi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər.


Qaraca qızın bədəni daşlara dəyib bir neçə yerdən qaral mışdı, amma qorxusu yox idi. Zavallı Yasəmənə gəldikdə başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil arvad özünə gələn kimi yaralarını unudub, tez zəif səslə Qaraca qızı soruşdu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.
 

- Bax, Yasəmən, budur, Qaraca qız sağdır. Arxayın ol.
 

Yasəmən bir qədər ona baxdı, sonra yenə bihuş olub gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını bağlayıb, Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahat etdilər. Axşam çağı Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi:


- Mən bilirdim ki, bu uçuqdan çıxmış qız axırda bizim başımıza bir bəla gətirəcəkdir.


Qaraçılar Yusifi sakit edib dedilər:


- Qorxma, heç bir şey olmaz. İndi onlara rahatlıq lazımdır, durum bayıra çıxaq, səs-küy olmasın. Burada yalnız Yasəmənin dostu Hüsniyyə qalar, ona qulluq edər. Qaraçıların hamısı Yusif ilə bərabər bayıra çıxdılar. Çadırda ancaq Hüsniyyə qaldı.


Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yaxın yuxuya getdi. Amma Yasəmən qızdırma içində bir dəqiqə rahat olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib sübhə qədər gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. Yazıq Yasəmən qızdırmanın təsirindən tora düşmüş quş kimi yerində çapalayırdı. Onun gozləri həmişə yumulu idi. Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu indi enib əvvəlki həddinə düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəh və nəğməsinə qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günəşin
qırmızı şöləsindən parlayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kimi yanaqları solub zanbağ rənginə dönmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səslə ona dedi:
 

- Hüsniyyə, Yusif haradadır?
 

- Bayırdadır, bacım, çağırımmı?
 

- Çağır, hamını çağır... ölürəm...
 

- Qorxma, bacım, ölməzsən. Bu gün haradan olmuş olsa, sənin üçün həkim tapıb gətirəcəyəm.

Bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan sonra Yusif başqa qaraçılarla bərabər içəri girdi. Qaraçılar Yasəmənə ürək verirdilər. Yasəmən dedi:
 

- Yox, əzizlərim, mən ölürəm... Yusif, əlini mənə ver... Vəsiyyətimə qulaq as... Əmələ gətirməyə söz ver...
 

Bir az dayanıb yenə təzədən başladı:
 

- Yusif, budur dörd ildir ki, sənə arvadam. Bu vaxta kimi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim. Cavan ömrümü çürütdün... Mənə min cür zülm və cəfa etdin, bunların hamısını bağışlayıram. Ancaq son mənə söz ver ki, bundan sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən...


Yasəmən səsini kəsdi, çadırda bir müddət sakitlik oldu. Sonra Yusif dedi:


- Yoldaşlarımın qarşısında vəsiyyətini əmələ getirməyə söz verirəm. Yasəmənin üzündə şadlıq zühur etdi və Hüsniyyəyə dedi:
- Bacım, Qaraca qızı sənə tapşırıram. Ondan muğayat ol. Ah, gözlərimə qaranlıq çökür... Məni boğurlar... Yusif... Hüsniyyə... Qaraca qız... – deyə Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.

* * *

Yasəmənin vəfatından sonra Yusif bir müddət verdiyi əhdə vəfa etdi; lakin sonralar təbiətində olan pis sifətləri yenə aşkar olmağa başlandı. Hüsniyyə bacardığı qədər Qaraca qızı Yusifin zülmündən mühafizə edirdi. Ancaq iş orasında idi ki, Yusif Yasəmənin vəfatından sonra Qaraca qızla pul qazanmaq üçün hər gün
səhər mənzildən çıxıb bır də axşam qayıdırdı. Hüsniyyə zavallı yetimin üzünə baxdıqda sualsız da anlayırdı ki, o biçarə, Yusifdən nə qədər zülm və əziyyətlər çəkir.
 

Axır vaxtlar Yusif bir pis əmələ də mürtəkib olmuşdur: belə ki, əlinə düşən pulu içkiyə verib tez-tez məst oturdu. Yusifin belə vaxtlarında Qaraca qızın günü daha da qara olurdu. Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Onlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub oynamağı cavanlara xoş gəldi. Onlar bir-birinin bəhsinə Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular.

- Sağ ol, çox yaşa, Qaraca qız, - deyə cavanlar atlarını sürdülər.
 

Yusif sevincək Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:
 

- Gəl, qızım, sən ayı ilə o kolluqda otur, dincini al, mən də gedim o görünən kənddən çörək və sənin üçün də fındıq, kişmiş alım. Bu sözdən Qaraca qız əsla şad olmadı, çünki bilirdi ki, oraya içməyə gedir. Amma bununla belə bir söz demədi.
 

Onlar yoldan kənara çıxıb kolluğa tərəf üz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi:
 

- Ağıllı qızım, burada otur, bu saat gələcəyəm.
 

Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı. Sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi.


Yusif iki saatdan çox idi ki, kəndə getmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif sərxoş halda, o tərəf-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. Qaraca qızı yatmış görüb və ayını bağladığı yerdə tapmayıb, ayağı ilə qızı elə bərk vurdu ki, biçarə dik atıldı.


- De görüm, ayı hanı? Mürtəd qızı mürtəd.
 

Qaraca qızın qorxudan dili tutulub cavab verə bilmədi.
 

- Hələ dayan, qoy ayını tapım, sənin payını sonra verəcəyəm.
Yusif kola diqqətlə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də yoxdur. Bundan anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır.
 

- Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək tapaq.
 

Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gah Qaraca qızı söyüb qorxudurdu, gah da öz-özünə danışırdı. Onlar meşəni xeyli dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı geldi.
 

- Eşidirsənmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir.
 

- Heç zad eşitmirəm, yalan deyirsən.
 

- Bax, bax, yenə bağırır.
 

Bu dəfə Yusifin özü də eşitdi:
 

- Doğru deyirsən, bağıran ayıdır.
 

Hər ikisi səs gələn tərəfə üz qoydular. Ancaq səs meşəyə düşdüyünə görə ayının yeri yaxın görünürdü, amma həqiqətdə xeyli uzaq idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciriylə ağaca dolaşıb dartınır və bağırırdı. Yusif ona çatan kimi hirsindən və acığından ayını azad etmədən əvvəl, əlindəki ağac ilə onu döyməyə başladı. Ayının bağırtısı meşəni başına götürmüşdü.

Axırda ayı dartınıb xaltanı başından çıxartdı və ildırım kimi özünü Yusifın üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçmağa başladı. Ancaq qorxudan özünü itirib, yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyidini buraxıb Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. (Getdikcə ayı Qaraca qıza yaxınlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı enişi aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kimi yumbalandı. Sonra ayağa qalxıb, üzüyuxarı dırmaşmağa başladı. Bəllidir ki, ayının dal ayaqları qısa olduğu üçün enişi pis enir, yoxuşu isə asan dırmaşa bilir. Ayı axtarıb mağaranı taparaq içəriyə soxuldu. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu. Ancaq onun qorxusu nahaq idi, çünki indi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də,
onun orada olmasına şad olardı.


İki saatdan artıq idi ki, Qaraca qız mağaranın içində uzanıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə elə pərçim etmişdi ki, tərpənməyə də imkanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vahiməsi yazıq qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısıldaya yatmışdı. Birdən ayı oyanıb donquldanmağa başladı. Bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürəhürə mağaranm ağzını aldılar, ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan sonra at üstündə ovçular qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. İtlərin bir neçəsi cürətlənib mağaranın içərisinə soxuldu. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda ovçular bayırdan:

- Axtar bas, Xalı bas, Gümüş bas, - deyə qısqırtdılar. İtlər cürətlənib yenə özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı.
 

Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi.
 

Ovçuların biri:
 

- Afərin, mənim gülləm.
 

- Xeyr, Hüseynqulu ağa, səhv edirsən, ayını öldürən mənim gülləmdir.
 

- Bağışla, Səlim bəy, mən ayını başından atmışam, yəqin ki, onu yıxan mənim gülləmdir.
 

- Səbir edin, əzizlərim. Bu saat məlum olar, - bunu deyib, əvvəlki adam atdan düşdü və nökərlərin köməyilə ayının cəmdəyini o yan-bu yana çevirib diqqətlə baxmağa başladı:
 

- Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra üzünü nokərlərinə tərəf tutub dedi:
 

- Cəld ayının dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu ovdan qayıtmayacağam. Elə öz meşəni tərif edib məni məsxərə edirdin ki, sizin meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir? Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:
 

- Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə ayısı deyil. Əldə bəslənmiş ayıdır.
 

- Elə iş ola bilməz. Onu haradan bildin?
 

- Budur, bax, ayının boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu deyirəm?
 

Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. Hüsenqulu ağa əvvəl dostlarından sözünü zarafat hesab etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:


- Deyəsən, mağarada yenə ayı var.
 

Bəylər tüfənglərini hazırlayıb mağaranın ağzını kəsdilər. Bu zaman qara köpək Qaraca qızın ayağından tutub itlərin arasından sürüyə-sürüyə mağaradan bayıra çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca qızı buraxdı, amma o, hərəkətsiz qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızın üstünü aldılar. O, zəif bir hal ilə gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüsenqulu ağa ondan soruşdu:


- Qız, sən kimsən? Bu mağarada nə qayırırdın?
 

Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:
 

- Hüsenqulu ağa, gormürsənmi ki, qız hələ lazımınca özünə gəlməmişdir.
 

Nə sual edirsən. Mən əhvalatı onsuz da anlayıram. Qızın sifətindən və libasından qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.
 

Səlim bəy qıza diqqətlə baxıb dedi:
 

- Hə, bu qızı mən görmüşəm. Məşhur oxuyan və oynayan Qaraca qızdır, sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə qonaqlıq edib sizə böyük kef verəcəyəm. Hüseynqulu ağa bunu eşitdikdə dedi:
 

- Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki mənim köpəyim tapmışdır.
 

Bəylərin arasında bəhs düşdü. Səlim bəy dedi:
 

- Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadın Pəricahan xanım qaraçı qızını evinə qoymaz, nə üçün bəhs edirsən?
 

- Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri kişiyə verəcəyəm ki, o saxlasin.
 

Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola düşdülər.
 

Qaraca qız özünə gəlib yol uzunu başıa gələn əhvalatı alayarımçıq nağıl etdi. Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:


- Çox gözəl oldu, indü heç kəs qızı məndən ala bilməz.

* * *

Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər evlərinə gəldilər. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. Ağca xanım bu səs küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona yaxınlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: Birinin ata-anası bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşında çox görümş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.

Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü. Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otağından həyətə endi və qızını Qaraca qız ilə söhbət edən görüb çox bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:
 

- Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxın, tərbiyə verdiyiniz qız kiminlə dostluq etmişdir. Otağına aparın. Bu gecə şamsız qalacaqdır.
 

Mürəbbiyə, gözü yaşlı Ağca xanımın əlindən tutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:
 

- Bu şahzadə qızım haradan tapıb gətirmisən. Qızın ilə tanış olub çox şirin söhbət edirdilər.
 

Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:
 

- Pəricahan, qızına yazığın gəlsin, gör yoldaşsızlıq, onu nə hala salmışdır. Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, kefi açılsın. Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır. Xanımın yanında qaravaşı olmazmı?! Mürəbbiyəsi yanında olacaqdır. Bir pis iş edərlərsə, tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:
 

- Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.
 

- Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı.
 

- Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.

Səlim bəy fursəti fövtə verməyib dedi:
 

- Onda verin mən aparım.
 

Hüseynqulu ağa dedi:
 

- Səlim bəy, heç vaxt ona razı olmaram. Necə ki, sizə dəmişəm, elə də edəcəyəm. Qaraca qız bağbanın Piri babanın yanında olacaqdır.
 

Pəricahan xanım dedi:

 

- Bu şərtə mən də razryam. Ancaq Ağca xanımla bilmərrə əlaqəsi
olmayacaqdır, çünki ondan pis xasiyyət götürər.
 

Bu şərtlə aparıb Qaraca qızı Piri kişiyə tapşırdılar. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi. Piri kişi yetmiş yaşında, yumşaq təbiətli bir qoca idi. Heç bir kəsi yox idi, özü də Hüseynqulu ağanın rəiyyəti olub onun atası zamanından bu bağa bağbanlıq edirdi. Piri kişi həmişə bağda ömür sürüb, işi
düşməsə ağalıq qapısına gəlməzdi.


Xidmətçilər Hüsejnqulu ağadan qorxub hüzurunda titrəyirdilər. Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi. Ona görə onu başqa nökərlər sevərdi. Qaraca qızın saxlanmaq üçün Piri kişiyə verilməsi onu çox şad etdi. Öz komasında Qaraca qız üçün yer hazırladı; onu yedirib rahat etdi. Qaraca qız yatağına girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:
 

- Baba, o xanım, qızını nə üçün mənimlə oynamağa və söhbət etməyə qoymur?
 

- Qızım, onlar bəydirlər, biz rəiyyət, onlar ağadırlar, biz nökər. Bizimlə onların nə yoldaşlığı. Qızım, sən Ağca xanımı yaddan çıxar. O sənə yoldaş deyildir.
 

Qaraca qız bu sozlərlə sakıt olmayıb duşunurdu:
 

- Mən Ağca xanıma nə etdim ki, anasının mənə acığı tutdu. Bu gecə ona yemək verməyəcəklər. Yazıq ac qalacaqdır. Anam sağ olanda məni də naharsız qoyardı, ancaq mən nadinclik edərdim. Bu heç-zad etməmişdı. Qaraca qız fikrini bir yerə çıxarmamış yuxuya getdi. O gecəni həmin fikirlər Ağca xanımı da sakit etmirdi. Nə anasının, nə mürəbbiyəsinin nəsihətini anlamırdı.
 

- Nə səbəbə mən o qızla oynayıb danışa bilmərəm. Mən bəy qızı olanda nə olar. Məni nə üçün şamsız qoydular. Qaraca qız çox təəccüblü şeyler danışırdl. O deyirdi ki, sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm. Ah, nə üçün anam məni qoymadı ki, onunla çoxluca danışam. Ağca xanım yorğanı başına çəkib gizlincə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.

* * *

Piri kişi hələ uşaqlıqdan gün çıxmamış yuxudan durmağı adət etmişdi. İndi də tezdən qalxıb ocağı qaladı, özü kimi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və daxmadan çıxdı ki, bağı dolansın. Piri kişi bu bəslədiyi bağı çox sevirdi. Buradakı ağacların çoxunu özü öz əli ilə əkib-becərmişdi. O ətrafda bitən bir meyvə ağacı yox idi ki, bağda olmasın. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya qonaq gələndə, o öz qonaqlarını bağına tamaşa etməyə aparardı. Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi vardı. O da Qaraca qızı mağaradan çıxaran Qara köpək idi. Qara köpək çox heybətli və hünərli bir it idi. Onun qorxusundan heç kəs bağa dolana bilməzdi. Bu köpəkdə bir qəribə hal vardı. Hər kəs ki, Piri kişiyə düşmən idi, köpək onu sevməyib, yaxına qoymazdı. Piri kişi bir yeni şəxs ilə tanış olanda, Qara köpək o adama quyruq bulayıb yaxınlaşsaydı, Piri kişi onu özünə dost hesab edərdi. Əksinə, o adama dişlərini ağardıb mırıldasaydı, onu özünə düşmən bilərdi. Qara köpəyin bu hissini Piri kişi dəfələrlə imtahan etdiyi üçün belə deyərdi:
 

- Dost-düşmənimi Qara köpəklə tanıyıram.
 

Piri kişi Qara köpəyi heç vaxt zəncirləmirdi. Gecə və gündüz Qara köpək asudə idi. Bununla belə Qara köpək bağdan kənara çıxmazdı. Ancaq bəzi vaxt Hüseynqulu ağa ova getdikdə o da həvəslənib ov tulalarına qoşulardı; bu vaxt onu geri qaytarmaq üçün gərək Piri kişi özü gələydi, yoxsa kimsəyə qulaq asmazdı. Piri kişi komadan çıxdıqda qapını açıq qoymuşdu. Bu halda Qara köpək içəri girib evdə bir adamı yatmış gördü. Qulaqlarını şəkləyib heybətli bir halət ilə ona tərəf yönəldi. Sonra Qaraca qızı tanıyıb quyruğunu buladı və irəli gəlib yanında uzandı. Əlini yalamağa başladı.


Bu vaxt Qaraca qız gözlərini açdı və hələ yuxulu olduğu üçün Qara kopəyi tanımayıb qışqırdı. Bunun səsinə Piri kişi cəld içəri girib dedi:


- Qızım, nə üçün qışqırdın? Kimdən qorxdun?
 

- Baba, burada ayı var.
 

- Yox, qızım, Qara köpəkdir, qorxma, burada ayının nə işi var? – Sonra Qara köpəyə: - Çəkil, - deyib onu bayıra qovladı.
 

- Yat, qızım, hələ tezdir.
 

- Yox, baba, daha yuxum gəlmir, mən həmişə tez dururam.
 

- Çox yaxşı edirsən, qızım, adam gərək səhər tezdən dura ki, bədəni sağlam ola.
 

Qaraca qız paltarını geyib dedi:
 

- Baba, əl-üzümü harada yuyum?
 

- Budur, daxmamızın yanından su axır, get orada yu.

Qaraca qız üzünü yumağa getdi. Piri kişi də süfrəni salıb pendir, çörək və yağ qoydu, sonra çaydandan iki fincan çay töküb süfrəyə qoydu. Bu vaxt Qaraca qız üzünü yuyub içəri girdi.
 

- Al, qızım, üzünü sil, otur çay içək.
 

Piri kişi Qaraca qıza dəsmal verdi. Qaraca qız da əl-üzünü qurudub süfrəyə oturdu, hər ikisi yeyib-içməyə məşğul oldular. Çaydan sonra Piri kişi Qaraca qıza dedi:
 

- Dur, qızım, gün qızmamış həm bağımızı gəzək, həm də ağalar üçün meyvə dərək.
 

Piri kişi özü bir səbət götürdü və Qaraca qıza da bir ceverən verdi. Evdən bayıra çıxdıqda Qara köpək də onlara qarışdı. O, quyruğunu bulaya-bulaya Qaraca qıza yanaşdı. Qaraca qız onun başını sığallayıb cəvərəni onun boynundan asdı. Qara köpək başını bulayıb cəvərəni yerə saldı. Qaraca qız götürüb yenə boynuna keçirdi. Qara köpək bu dəfə də başını əyib cəvərəni yerə saldı. Piri kişi dedi:
 

- Qızım, zəhmət çəkmə, Qara köpək azadəliyə öyrənmişdir, o, təlimə yatmaz.
 

- Yox, baba, yatar, bir gör onu necə öyrədəcəyəm.
 

Bunu deyib Qaraca qız Qara köpəyin qabağına çöməldi və onun gözlərinə baxarkən dedi:
 

- Qaraca köpəyim, ağıllı köpəyim, cəvərəni götür.
 

Qaraca qız cəvərəni yenə onun boynuna saldı. Bu dərə Qara köpək cəvərəni yerə salmayıb Qaraca qızın üzünə baxa-baxa yanınca getdi. O da sevincək dedi:

- Afərin, Qaraca köpəyim! Baba, gördünmü?
 

- Görürəm, qızım, və çox da təəccüb edirəm. Qara köpək indiyə qədər məndən başqasının əmrinə tabe olmamışdı. İndi isə hətta cəvərəni də aparır.
 

- Hələ bu nədir ki, baba, gor ona qədər öyrədəcəyəm. Mən qaraçı dəstəsində olan zaman ayını, meymunu və qeyri heyvanları öyrədəndə görmüşəm, ancaq, baba, heyvanı əzizləyə-əzizləyə öyrətməlidir, yoxsa, döymək ilə bir şey olmaz.
 

Amma qorxutmağın eybi yoxdur.

Bax, Yusif ayını doydü, o da onu parçaladı.

Piri kişi Qaraca qızın əhvalatını balaca eşitmişdi.

İndi isə Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl etdirdi. Qaraca qızın ürək yandırıcı faciəsindən rəhmdil Piri kişi xeyli qəmgin oldu və ürəyində bu yetim uşağa məhəbbəti artdı.
 

Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zövq-səfa verirdi. Belə təbiət içində yaşamış Piri kişiyə baxanda adam onun yetmiş yaşında olduğuna inanmırdı.

 

Onlar gəlib almalığa çatdılar. Qırmızı ətirli almaları gördükdə, Qaraca qızın gözləri parladı.

- Baba, nə gözəl almalardır.
 

- Qızım, bağımızda hər cür meyvə var, dərib yeməyi qadağan etmirəm, ancaq ac qarına yeməyəsən, yoxsa azarlarsan. İndi sən ağaca çıx, almaları dər, mən də səbətə yığım.

Qaraca qız tez ağaca dırmaşdı, almaları dərib yere tökməyə başladı. Ağzını da bikar qoymurdu. Bir azdan sonra Piri baba dedi:

- Qızım, daha bəsdir, düş gedək bir qədər armud, üzüm və hulu yığaq.
 

Qaraca qız düşdü. Almalardan cəvərəninə qoyub yenə Qara köpəyin boynuna asdı. Armudluğa gedərkən birdən Qara köpək cəvərəni yerə atıb ildırım kimi götürüldü. Qaraca qız tökülmüş almaları yığarkən baxıb gördü ki, bir balaca pişik qaçır, Qara köpək də istəyir onu tutsun. Bunu görcək Qaraca qız cəld qalxıb yüyürə-yüyürə Qara köpəyi geri çağırdı. Lakin nə qədər qışqırdısa o, pişikdən əl çəkmədi. Piri baba da çağırdı, Qara köpək onun da sözünə qulaq asmadı. Qara köpək az qalmışdı ki, onu tutsun pişik cəld armud ağacına dırmaşıb özünü qızmış köpəkdən xilas edə bildi. Qaraca qız bu işdən xeyli şad olub, əllərini bir-birinə vura-vura qaqqıltı ilə gülməyə başladı.

- Dızz, Qara köpək, dızz, necəsən, tuta bildinmi, - deyə Qara köpəyə yanıq verdi. Qara köpək isə işi belə gördükdə ağacın dibində elə həşir etməyə başladı ki, sanki bu saat pişiyi səsi ilə qorxudub yerə salacaqdı. Yızıq pişik hərçəndi hündürdə idi və əl çatan yerdə deyildi, lakin bununla belə titrəyə-titrəyə gözlərini Qara köpəkdən çəkə bilmirdi. Qaraca qız özünü ağaca yetirib dırmaşmağa başladı. Pişik onu görüb oturduğu budaqdan yuxarı çıxmadı. Qaraca qız ona yaxınlaşıb gördü ki, xallıca gözəl bir pişik balasıdır. Piri kişi də Qaraca qızın almalarını cəvərənə doldurub armud ağacının dibinə gəldi. Bu halda Qara köpək bir qədər sakit
olmuşdu. Amma yenə də gözləri ağacda idi.
 

- Baba, bax, nə gözəl pişik baiasıdır, bunu aparıb evimizdə saxlayacayam.
 

- Çox yaxşı, qızım, apar. İndi o, armudları da dər, sonra düş.
 

Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü.
 

Qara köpək əvvəl bir qədər özünü rahatsız saxladı, sonra Qaraca qızın səyilə bilmərrə sakit oldu və axırda pişiyə də dəyməyib onunla dostluq binasını qoydu.
 

Meyvələr hazır olduqda Piri baba dedi:
 

- İndi bunları ağalığa aparmaq lazımdır. Qapıya kimi mənə kömək et, sonra mən özüm apararam.
 

- Baba, məgər mən ağalığa gedə bilmərəm?
 

- Yox, qızım, getsən Pəricahan xanıma xoş gəlməz, elə bilər ki, onun əmrindən çıxırıq.
Qaraca qız Piri kisini bağın qapısına kimi ötürüb öz xal-xal pişiyini qucağına aldı, bağı gəzməyə başladı. Çəpərin qırağı ilə gedərkən, Qaraca qız gördü ki, Ağca xanım da mürəbbiyəsi ilə skamyanın üstündə oturub kitab oxuyur. Görünürdü ki, Ağca xanım kitabı fikirlə oxumur və oxuduğunu da sevmirdi. Bu halda bir gözəl kəpənək gəlib Ağca xanım oturduğu skamyanın üstünə qondu. Ağca xanım gizlincə kəpənəyi tutmaq istədisə də lakin tuta bilmədi. Bunu mürəbbiyə görüb çox acığı tutdu və hirsli Ağca xanımın əlindən tutub evə apardı.


Qaraca qız bir müddət dayandı ki, görsün Ağca xanım yenə bağçaya çıxacaqmı. Bir azdan sonra mürəbbiyə yalnızca gəlib skamyanın üstündə əyləşdi və kitab oxumağa məşğul oldu. Qaraca qız duydu ki, o, Ağca xanımı evə salıb dustaq etdi. Bu işdən rəhmdil Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı.

Ağalıq evi təzə qayda ilə tikilmiş iki mərtəbə gen-bol bir imarət idi. Bundan başqa evin baş tərəfində üç balaca otaqdan ibarət bir qədim tikili də vardı. Bu, Hüseynqulu ağanın babasından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu. Həmişə iki otağın ağzı bağlı olardı. Orada Hüseynqulu ağanın babasından qalma əntiq şeyləri saxlanırdı. Ancaq üçüncü otaq qədim yaraqlar və zinətli şeylərlə bəzənib Hüseynqulu ağa üçün açıq saxlanırdı. Burada Hüseynqulu ağa nahardan sonra uzanıb bir az rahatlıq edərdi. Bu otağın bircə dənə pəncərəsi vardı, o da qeyri pəncərələr kimi yana açılmayıb, yuxarı çəkilirdi. Onun xırdaca və rəngbərəng şüşələri içəriyə bir o qədər işın buraxmazdı, ona görə də otağın içi qaranlıq idi. Bu otaq ağalıqda "Baba otağı" adı ilə məhşur idi. Axır vaxtlarda Ağca xanım müqəssir olduqda, onu tənbeh üçün bu otağa salırdılar. Qaraca qız çəpər uzunu gəlib, evin başına çatdıqda gözləri nağıl etdiyimiz Baba otağına sataşdı. Pəncərənin abı, yasıl, qırmızı, Sarı və qeyri rəngli şüşələri Qaraca qızın diqqətini cəlb etdi. Çəpər hündür olduğundan Qaraca qız bu otağı yaxşı görə bilmirdi, ona görə də bir ağaca çıxdı ki, oradan baxsın. Bunu Ağca xanım içəridən görürdü. Barmağı ilə şüşəni döydü ki, özünün orada olduğunu Qaraca qıza bildirsin; birdən şüşə cingilti ilə sınıb yerə töküldü. Bundan hər ikisi qorxuya düşdü. Qaraca qız ağacdan yerə düşmədisə də, yarpaqların qalın yerində özünü gizlətdi. Bir azdan sonra Ağca xanım sınan şüşənin yerindən baxıb yavaşcadan Qaraca qızı çağırdı. O da özünü ona göstərib dedi:
 

- Ağca xanım, səni orada mürəbbiyənmi dustaq eləmiş?
 

- Bəli, onu sən haradan bildin?
 

- Mən bayaq çəpərin arasından güllü bağçaya baxırdım, sən də kitab oxuyurdun. İstəyirdin kəpənəyi tutasan, mürəbbiyənin sənə acığı tutdu, dustaq etdi.

 

- Doğru deyirsən, anamın və mürəbbiyəm Mariya İvanovanın acığı tutanda, məni buraya salırlar. Ah, sən nə xoşbəxt uşaqsan. Mənim kimi dustaq olmayıb özün üçün bağda azad gəzirsən.
 

- Sən də həmişə dustaq olmursan ki, qeyri vaxtlarda mənim kimi gəzirsən.
 

- Yox, məni heç kəs ilə oynamağa qoymurlar, gəzəndə həmişə Mariya İvanovna yanımda olur. Mən onunla gəzməyi sevmirəm.
 

Qaraca qız dedi:
 

- Nə etməli, səni mənimlə oynamağa qoymurlar.
 

- O qucağındakı nədir, - deyə Ağca xanım soruşdu. Qaraca qız xallı pişiyi ona göstərib dedi:
 

- Bu pişik balasını bu sabah bağdan tapmışam.
 

- Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü.
 

- İstəyirsən, sənə bağışlayım.
 

- Çox yaxşı, gətir bu deşikdən ver.
 

- Oraya nə tövr gəlim, qapıdan gəlsəm, məni görərlər və qoymazlar.
 

- Gör çəpərdən keçə bilərsənmi?
 

- Yaxşı, görüm keçə bilərəmmi, - deyə Qaraca qız ağacdan düşüb çəpərdən keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altından su arxının yolunu gördü, bu deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çrxdı. Sonra gizlincə gəlib pəncərənin qabağına çıxdı. Ağca xanım sevinə-sevinə dedi:
 

- Haradan keçdin?
 

- Su arxının deşiyindən. Al, gör nə yaxşı pişikdir.
 

Ağca xamm pişiyi alıb bağrına basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:
 

- Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.
 

Ağca xanım dedi:
 

- Mən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. Mənim də gücüm çatmır. Qoy görüm, Mariya İvanovna qapını daldan bağlamış ya yox. Bunu deyib Ağca qapını çəkdi, qapı açıldı.
 

- Ah nə yaxşı oldu, tez ol gəl.
 

Qaraca qız ətrafına baxa-baxa cəld içəri girdi. Hər ikisi sevinərək bir-birini qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar. Bu vaxt Mariya İvanovnanın oxuduğu kitab xeyli maraqlı olduğundan başı qarışıb, Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi. Lakin bu unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtında qaçırmaq üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. Bir dəfə də çıxanda anasını yanında hazır gördü. Bu ittifaqdan Ağca xanımın rəngi qaçıb bədəninə titrətmə düşdü. Özünü elı itirmişdi ki, anasının sualına cavab verə bilmirdi.

Pəricahan xanım Baba otağını açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağını kəsdi:
 

- Ana, buraya girmə, girmə, - deyə özü də ağlamağa başladı. Pəricahan təəccüblü ikən Mariya İvanovna gəlib çıxdı və ondan qızının dustaq olmağını bildi. Pəricahan xanım, mürəbbiyə və onların arxasınca Ağca xanım otağa girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:


- Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin verirəm.
 

Ağca xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə divanın altına girib gizlənmişdi. Hər üçü otaqdan çıxıb qapını bağladılar və nahar yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.


Xanımlar gedəndən sonra Qaraca qız cəld divanın altından çıxıb qapıya yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapını daldan cəftələnmiş görüb məyus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəmir mil ilə bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan sonra Qaraca qız ümidsiz divanın üstündə oturdu. O, xeyli təşvişdə idi, çünki bilirdi ki, bu sirrin üsrü acılsa, Pəricahan xanım onu buradan qovub, qızına da böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəmir millərə sataşdı, dərhal qalxıb onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma Qaraca qız da qüvvətli idi. O, pəncərəni qaldırıb altından cəftə ilə bənd elədi. Sonra pəncərədən çıxıb qapını açdı. Pəncərəni saldı, bayıra çıxıb qapını bağladı, gəldiyi deşikdən bağa girib komalarına getdi.
 

Bu vaxt Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi. Boğazından əsla çörək getmirdi, fikri müdam Qaraca qızın yanında idi. Hətta qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağına salarlar, lakin bu hiylə onu muradına çatdırmadı; çünki Pəricahan xanım qızının rəngi qaçdığını görüb təşvişə düşdü:
 

- Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadın ki, özü töküldü. Yoxsa, qızım, azarlısan?

Bunu deyib Pəricahan xanım əlini qızının alnına qoydu:
 

- Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan. Daha bu gün heç yerə çıxmayacaqsan.
 

Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb dedi:
 

- Yox, ana, mən azarlı deyiləm. Məni yatacaq otağına göndərmə.
 

Hüseynqulu ağa üzünü arvadına tərəf tutub dedi:
 

- İndi sapsağ qızı azarlı edəcəksən.
 

- Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.
 

- Nə üçün, mən ata deyiləm?
 

- Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər? Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yumruğunu masaya elə bərk vurdu ki, boşqablar bir-birinə dəydi:
 

- Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... - Bunu deyib Hüseynqulu ağa qabağındakı boşqabı götürüb yerə çaxdı və hirsli, yemək otağından çıxdı.
 

- Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.
 

Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan xanım mürəbbiyəyə dedi:
 

- Bu qızı otağına apar, soyundurub rahat et. Sonra geyin, bəzi şeylər almaq üçün şəhərə gedəcəyik.
 

Dayə Ağca xanımla getdilər. Pəricahan xanım da öz otağına getdi. Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü. Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı, oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseynqulu ağanın mülkündə tikilmişdi. Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi. Birdən vaqon fit verdi.


- Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı dustaqdan xilas edim. - Bunu deyib, Ağca xanım cəld geyindi və çıxıb Baba otağına tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağın qapısı cəftəsizdir. Yavaşca qapını açıb içəri girdi. Gördü ki, atası divanın üstündə uzanıb sığara çəkir və ondan başqa da içəridə kimsə yoxdur. Bu ittifaqə Ağca xanım həm şad oldu və həm də təəccüb etdi. Bu vaxt atası onu gördü.

- Hə, qızım, dustaqlıqdan qaçmısan. Çox da yaxşı etmisən. O, dəli ananın sözlərinə qulaq asma, gəl bir az ata-bala söhbət edək. Ağca xanım atasının belə mehriban rəftarından istifadə edərək, onun qucağına atıldı. Sonra başını əyib divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. Hüseynqulu ağa soruşdu:
 

- Qızım, nə üçün mat qalmısan? Söhbət elə görək nə var, nə yox. Ağca xanım soruşdu:
 

- Ata, sən çoxdanmı buradasan?
 

- Nahardan sonra gəldim, qızım.
 

- Sən gələndə qapı açıq idimi?
 

- Yox, mən özüm açdım. - İçəridə kim vardı?
 

- İçəridə, bax, bu xallı pişik vardı, - bunu deyə-deyə Hüseynqulu ağa dal tərəfində qıvrılıb yatmış pişiyi ona göstərdi. - Qızım, bundan ötrümü soruşdun?
 

Ağca xanım pişiyi alıb dedi:
 

- Yox, ata, bundan ötrü soruşmuram.
 

- Bəs kimdən ötrü soruşursan?
 

Ağca xanım cavab verməyib fikrə getdi.
 

- Qızım, nə üçün fikrə getdin? Uşaq atasından söz gizlətməz. Ağca xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona izin verər. Ona görə sirri açmaq istədi. Atasının boynunu qucaqlayıb dedi:

 

- Ata, anama deməzsən ki, söyləyim.
 

- Demərəm, qızım, söylə.
 

Ağca xanım əhvalatı ona söyləyib soruşdu:
 

- Ata, bes Qaraca qız buradan necə çıxmışdır.
 

- İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynarsan və həm də onun buradan necə çıxmasını özündən soruşarsan. - Bunu deyən Hüseynqulu ağa divanın üstündən qalxdı. Ağca xanım şadlığından bilmirdi ki, nə etsin. Hüseynqulu ağa qızı ilə bağı gəzirkən Piri kişinin daxmasına çatdı. O vaxt Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda qabları yuyub, daxmaya girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxuya düşdü. O, içəridən döşək gətirib yaşıl otların üstünə saldı. Hüseynqulu ağa oturdu və üzünü qızlara tutub
dedi:

- Siz də gedin bağda oynayın.
 

Qaraca qız qavalını götürüb Ağca xanımilə gəzməyə və oynamağa getdilər. Ağca xanım və Qaraca qız əl-ələ verib bağda qaçmağa və oynamağa başladılar. Ağca xanım başına gələni Qaraca qıza nağıl etdi, o da Baba otağından necə çıxdığını ona söylədi. Bunlar öz aralarında söz qoydular ki, mümkün olduqca Baba otağında görüşsünlər. Qaraca qız Ağca xanıma qaval çalıb, mahnı oxumağı və oynamağı öyrədirdi. Axırda hər ikisi göy otun üstündə oturub söhbət etməyə başladılar. Ağca xanım bu halda çox şad idi. Ancaq anasının bir neçə saatdan sonra qayıtması yadına düşdükcə ürəyi sıxılırdı. Bir azdan sonra Hüseynqulu ağa Piri kişi ilə gəlib qızlar oturduğu yerə çıxdılar. Bunlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar arıların işləməsinə çox həvəslə baxırdılar. Piri kişi bir pətəyə çatdıqda dedi:


- Bu pətəyin arıları çox vurağandılar, qızlarım, bunlardan özünüzü gözləyin.
 

Bir başqa pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında qarışqa kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:
 

- Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. – Sonra üzünü Qaraca qıza tərəf tutub dedi. - Qızım, qaçaraq get, evimizdən o gün sənə göstərdiyim ağ torbanı götür gəl.
 

Qaraca qız yüyürərək getdi, bir azdan sonra arılar pətəkdən dəstə-dəstə çıxıb uçmağa başladı. Piri kişi onların dalınca düşdü. Axırda aılar bir gilas ağacının budağına qondular. Bir dəqiqə keçmədi ki, bir-birinin üstünə qonaraq üzüm salxımı kimi ağacdan sallandılar. Bu zaman Qaraca qız torbanı gətirdi. Hamı ağacın altında hazır oldu. Piri kişi Ağca xanıma dedi:
 

- Ağca xanım, hər yuvada bircə dişi arı olar, ona şah deyərlər. Bir yuvada iki şah olanda dava olur. Yeni doğmuş şah məcbur olur uçub başqa yuva arasın. O vaxt onun dalına yeni törəmiş arılar düşürlər. Bax, gör yeni şahın qoşunları onu nə cür əhatə etmişlər. İndi biz onu tutub təzə arı səbətinə salmalıyıq. Onda arılar da
onun başına cəm olacaqlar.


Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tərəf tutub dedi:
 

- Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb ağzını büz. Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri kişidən soruşdu:
 

- Baba, o arılar Qaraca qızı sancmazlarmı?

- Yox, xanım, arını incitməsən və onlardan qorxmasan adamı sancmazlar.
 

Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:
 

- İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün, ya da budağı sındır, torbanın içində qalsın.
 

Qaraca qız budağı sındırdı və aşağı endi. Piri kişi torbanı ondan aldı. Hamı arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.


- Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam və balı da öz ixtiyarında olacaqdır. Haçan könlün bal istədi, gələrsən, kəsib verərəm.


Bundan Ağca xanım çox şad oldu. Hüseynqulu ağa dedi:
 

- Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan sonra anan gələcəkdir.

* * *

Axşam çağı Pəricahan xanım Mariya İvanovna ilə şəhərdən gəlib çıxdı. Pəricahan xamm Ağca xanımı çox şad və yanaqlan qızarmış görüb dedi;


- Bax, qızım, mənə qulaq asıb evdən bayıra çıxmadın, ona görə sağalıb rongin özünə gəldi. Gör, qızım, sənə nə qəşəng şeylər gətirmişəm. Ağca xanım, anası gətirdiyi gözəl kuklalara, başqa oyun şeylərino və şirin yeməli şeylərə baxıb çox şad oldu. Bu vaxt Ağca xanımm arzu etdiyi bir şey vardısa, o da bu şeyləri Qaraca qıza göstərib onunla bölüşmək idi. Bu da ancaq Baba otağmda mümkün idi. Ağca xanımm təbiəti çox həlim idi, özü də sozə baxan bir qız idi. Lakin Qaraca qız ilə görüşmək arzusu onda o qədər artıq idi ki, mürəbbiyəsinin əmrindən çıxıb tez-tez özünü Baba otağına saldırırdı.


Ağca xanımın gündən-günə sağlam olmağı anasını nə qədər şad edirdisə, bir o qədər də mürəbbiyəsinin əmrindən çıxıb özünə tənbeh etdirməyi onu qəmgin edirdi. Bu barədə Pəricahan xanım ərinə şikayət edəndə, Hüseynqulu ağa rişxəndlə deyirdi:
 

- İki böyük arvad bir balaca uşağı tərbiyələndirə bilmirsinizmi. Mən sizə məsləhət görürəm ki, onu tez-tez Baba otağına salıb dustaq edəsiniz.
 

Bu kimi hallarda Hüseynqulu ağa qızına acıqlanıb Baba otağına göndərərdi və gizlin Qaraca qıza xəbər verərdi.

* * *

Piri kişi Qaraca qızın Ağca xamm ilə gizlin görüşüb dostluq etməsinə əsla razı deyildi, O bilirdi ki, quduz bəyzadələrdən başqa, qeyrilərini insan dərəcəsinə qoymayan Hüseynqulu ağa bu yetim qızı arvadının acığına Ağca xanımın yanına buraxır. O biri tərəfdən Piri kişi düşünürdü ki, bu sirr açıldıqda Pəricahan xanım Qaraca qızı qovacaq Piri kişinin bir də narazılığı onda idi ki, Hüseynqulu ağa ziynətli qaraçı libası tikdirib Qaraca qıza geyindirirdi və öz qonaqlıqlarında oynadırdı.
 

Bunun üstündə Piri kişinin Hüseynqulu ağaya çox acığı tuturdu. Lakin qızı onun əlindən almaqdan aciz idi. Piri kişinin fikri yanlış deyildi Belə ki, bir dəfə Hüseynqulu ağa böyük qonaqlıq edib çox adam çağırmışdı. Bu qonaqlıqda oxuyub çalan dostəsi də vardı. Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. Bu vaxt Qaraca qıza soyuq dəydiyinə görə yerdə yatırdı. Piri kişi qızı getməyə qoymadı. Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin, Piri kişi əlacsız qaldıqda Qaraca qız qalxıb qaraçı paltarını geydi və qavalını əlinə alıb yola düşdü.
 

Qaraca qızın özünün də oynamağa meyli çox idi. O, rəqs etməyi olduqca severdi. Odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. Bir məharətlə oynamağa başladı ki, bütün danışıq və səs kəsildi. Qaraca qız elə coşmuşdu ki, orada olan adamlar onun gözündən itmişdi. Ancaq öz ustadı olan Yasəmən gözünün önündə durmuşdu. Birdən Qaraca qız elə bir tərzdə fırlandı ki, baxanların nəzərində bir şar kimi göründü. Qəflətən Qaraca qız bir dizi üstü çökərək əlinin birini qaval ilə yuxarı tutub, o birini belinə qoydu.
 

Rəqsi belə bitirmək Qaraca qızın adəti idi. Qaraca qız qonaqlar tərəfindən gurultulu alqışlandı. Sonra hamı rica etdi ki, bu oyunu bir də təkrar etsin. Qaraca qız qəbul etmədi. Hətta Hüseynqulu ağanın da sözünə baxmadı. Hamının ümidi kəsilmişdi ki, birdən Ağca xanım ortaya çıxıb, çalğıçılara həmin rəqsi çalmağı əmr etdi. Hamı təəccüb ilə ona baxırdı. Çalğıçılar çaldılar, Ağca xanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı idi. Hər hərəkətindən məlum edirdi ki, bu, Qaraca qızın şagirdidir. Bir-iki dövrə vurandan sonra Qaraca qızı cağırdı, o da dərhal sıçrayıb ortalığa girdi və hər ikisi qabaq-qabağa oynamağa başladı. Bu xəbər bir anda ağalıq xidmətçilərinə yayıldı.

Onlar dəstə ilə yüyürüb qapının ağzından tamaşa etməyə başladılar. Bu xəbər Pəricahan xanıma da çatdı. O da tamaşaya gəldi. Ancaq o, qızının oynamağına əsla şad olmayıb acığından bilmirdi ki, nə etsin.


Qızlar oynamaqlarını bitirdilər, hər tərəfdən onlar alqışladılar. Hüseynqulu ağa fərəhlənib qızını bağrına basdı. Bəylər onu tərif edib başını sığalladılar.
 

Bir azdan sonra Pəricahan xanım qulluqçusunu göndərib Ağca xanımı yanına çağırtdı. Hüseynqulu ağa duydu ki, arvadı qızını tənbeh etmək üçün çağırır. Bu fikir düz də çıxdı. O biri otaqdan Pəricahan xanımın bağırtısı gəlirdi. Hüseynqulu ağa səbir edə bilməyib qonaqlardan üzr istədi və Pəricahan xanımın yanına gəlib gördü ki, Ağca xanım hönkürtü ilə ağlayır və Pəricahan xanım da qışqırır:
 

- De görüm, bu oynamağı sənə kim öyrətmişdir?
 

Hüseynqulu ağa dedi:
 

- Buyur, cavabım mən verim, bunu Qaraca qız öyrətmişdir. Sözün nədir?
 

- Qaraca qız onu harada görürdü ki, öyrətsin. Mən onunla görüşməyi qadağan etməmişdimmi?
 

- Sən etmişdin, lakin mən etməmişdim. Bu evin sahibi mənəm, yoxsa sən?
 

Kimin həddi var bundan sonra mənim əmrimdən çıxsın...
 

Pəricahan xanım indiyə qədər ərini bu dərəcədə hirsli görməmişdi.
 

- İndi ki, belədir, daha mən bu evdə nə üçün oturmuşam.
 

- Özün bilərsən, oturursan-otur, gedirsən-get. Bunu bilməlisən ki, bundan sonra mən öz istədiyim kimi davranacağam.
 

O biri otaqdan bəylər onun səsini eşitdilər. Rəhim bəy və Səlim bəy onun ailəsinə məhrəm olduqları üçün onları sakit etməyə gəldilər. Hüseynqulu ağanı çəkib o biri otağa apardılar. Bu itifaqdan qonaqlar pərişan olub bir-bir dağılmağa başladılar. Ancaq Rəhim bəy ilə Səlim bəy qaldılar ki, ər ilə arvadı barışdırıb, getsinlər. Bunlar istədiklərinə çatdılar. Hüseynqulu ağanın hirsi yatıb arvadına dedi:
 

- Nə üçün razı olmursan Ağca xanım oynasın, oynamağın nə zərəri var ki?
 

Səlim bəy dedi:
 

- Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun başına dolanardım. Amma nə etməli ki, atası kimi şüursuz çıxıb, ayaq atmağı da bilmir.
 

Rəhim bəy dedi:
 

- Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır. Yoxsa, mənim qızım kimi qaradinməzdən nə fayda.
 

Pəricahan xanım onun sözünü kəsərək dedi:
 

- Mən dəmirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən irəliki kimi şəhərə köçəcəyəm və qızımı da pansiona verəcəyəm. Hüseynqulu ağa burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.

 

Hüseynqulu ağa buna razı oldu.

* * *

Sabahısı günü Ağca xanım anası ilə şehərə köçdü. Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşe bilmədi. Ağca xanımın şəhərə koç-məsi Qaraca qıza böyük təsir etdi. Bir tərefdən Ağca xanımın aynlıq həsrətİ, o biri terəfdən də onun ataanasının arasma ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir şey varsa, o da qonaqlıqda zühur edən ittifaqdan sonra Hüseynqulu ağanın günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki, beləliklə də Qaraca qızı da oynanıağa çağırmırdı. Bundan elavə Qara-ca qız özü də oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu it Qaraca qızla elə dost olmuşdu ki, yanından iraq olmaq istəmirdi. Qaraca qız da onu elə öyrətmişdi ki, hər istədiyini edirdi. Piri kişi həmişə bunları bir yerdə görəndə gülüb deyirdi:
 

- İki qara yaxşı tapışmısınız.
 

Bir ittifaqdan sonra Qaraca qızın Qara köpəyə məhəbbəti daha da artmışdı. Belə ki, bir gün Qaraca qız moruq yığmaq qəsdi ilə cəvərəni görürüb meşəyə getmişdi. Qara köpək də yanında idi. Meşə Hüseynqulu ağanın mülkündə idi.
 

Qaraca qız azmaqdan və meşə heyvanlarından qorxmurdu, çünki hər iki halda qara köpəyin onu xilas edə biləcəyini anlayırdı. Meşədə cəvərəni moruq ilə doldurub evə tərəf üz qoydu. Meşənin içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı moruğunu qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən yola çıxdı və Qaraca qızı başı aşağı moruğ yığan və qatarı iti gələn görüb ildırım kimi götürüldü və Qaraca qıza elə döş vurdu ki, o da, özü də derəyə uçdular, Qaraca qızm sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə hərəkətindən acıqlanıb qışqırdı. Amma başını yuxarı qaldırdıqda vaqon qatarının keçdiyini gördü. Qaraca qız anladı ki, ağıllı köpək onu bu tövr ölümdən qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu əzizlədi. Sonra yola çıxdı ki, görsün cəvərəsi necə olmuşdur. Gördü ki, ondan ancaq qırılıb yerə tökülmüş çöplər qalmışdır. Qaraca qız ölümdən qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına bir o qədər də yanmadı.

Bu xəbər gedib şəhərə də çatmışdı. Ağca xanım dostu Qaraca qızın ölümdən xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.

* * *

Yayın axır günləri idi. Ağca xanımın pansiona girməsinə az qalmışdı. O, anasından rica etdi ki, bu axır günlərini kəndlərində keçirməyə izin versin.
 

Pəricahan xanım razı olub dedi:
 

- Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat olaq. Yoxsa, burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq Ağca, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. O gün atan şəhərə gəlmişdi özü tutduğu əməlindən peşiman olmuşdur. O deyirdi ki, mən arvadımın acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də, Qaraca qızı da qovacağam.
 

Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:


- Ana, mən kəndə getmək istəmirəm.
 

- Nə üçün, dünən sən özün dəmirdinmi? Qalx, tənbəllik etmə. Ağca xanım istər-istəməz qalxıb geyindi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla Hüseynqulu ağaya xəbər verdi.
 

Qatar stansiyada dayandıqda Ağca xanım pəncərədən atasını görüb çağırdı. Vaqondan endikdə Ağca xanım Qaraca qızı kənarda durmuş gördü. Pəricahan xanımın başı şeylərinə qarışmışdı. Nökərlər şeyləri alıb faytona yığırdılar. Ağca xamm bundan istifadə edərək, gizlincə, Qaraca qızın yanına qaçıb onunla görüşdü.
 

- Tez ol, get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, - deyə Qaraca qız Ağca xanımı tələsdirdi.
 

- Doğru deyirsən, sonra görüşərik, - deyə Ağca xanım ata-anasına yanaşdı və faytona minib yola düşdülər.
 

Ağalar qapıya çatdıqda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:
 

- Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmış.
 

Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı günü Mariya İvanovna da gəlib çıxdı. Ağca xanımın buraya gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.
* * *
Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı. Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.
 

- Qızım, nə çox yatmısan, sən heç belə gecikməzsən, azarlı deyilsən ki, - deyə Piri kişi soruşdu.
 

- Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur. Piri kişi komanın qapısını açıb dedi:
 

- Qızım, bax gör nə gözəl günəş çıxmış. Belə havalarda ancaq tənbəllər yatar.
 

Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-üzünü yuyub çay içməyə məşğul oldu. Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi.
 

Bağı gəzərkən Qaraca qızın gözünə qarışqa yuvası sataşdı. Bu qarışqaların içində qanadlıları da vardı. Onlar qalxıb havada uçurdular. Gah bu yuvam, gah da o yuvanın ağzında qaynaşırdılar. Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:
 

- Qızım, nəyə baxırsan?
 

- Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Baba, bu nə üçün?

 

- Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəklər. Bu gün qarışqaların toy günüdür. Maya tutandan sonra onların dişilərinin qanadı quruyub düşəcək.
 

Qaraca qız babasından qarışqa toyu eşitcək, əllərini bir-birinə vıırub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.


- Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən razı qalsınlar.
 

Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O, qaçaraq komaya gedib qavalını gətirdi. Çalıb, oynamağa başladı. Piri kişi bu işdən şad oldu.


Bu vaxt Ağca xanım mürəbbiyəsilə bağçada oturmuşdu. Mariya İvanovna kitab oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Bu zaman onun qulağına Qaraca qızın nəğməsinin səsi gəldi. Onu görmək üçün çəpərin qırağına gəldi. Ağca xanım, Qaraca qızm çəpərin yanmda oxuduğu mahnını dinləyərkən, qıvrılıb özünü günəşə veren zəhərli bir ilan atılıb Ağca xanımm çılpaq qolundan sancdı. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Bunun qışqırığına anası və xidmətçilər töküldülər. Mariya İvanovna özünü itirib, Ağca xanımı bağçada tək qoyub evə su gətirməyə qaçdı. Ağca xanım da qışqıra-qışqıra onun dalınca yüyürməyə başladı.
 

- Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, - deyə Piri baba Qaraca qızı dayandırdı.
 

- Baba, bu səs Pəricahan xanımın səsidir, - deyə Qaraca qız ildırım kimi götürüldü. Həyətə çatdıqda gördü ki, Ağca xanımın biləyindən qan axır və Pəricahan xanım da ağlayaraq xidmətçilərə yalvarır:


- Aman, sizə qurban olum. Tezcə bir Ağcanın yarasını sorub, ilanın zəhərini yerə tökünüz.
 

Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.
 

Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri sorub yerə tökməyə başladı. Hamı qorxulu bir halda buna təəccüb edirdi. Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi:


- Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.
 

Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu ölümdən xilas etməyə səy edirdi. Bir azdan sonra Qaraca qız nə qədər sordusa daha yaradan qan gəlmədi. Ağca xanım ağca xanımı yaradan bir o qədər şikayət etmirdi, yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:
 

- Ana, qaytanı aç, qolumu kəsir.
 

- Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbir et, bu saat şəhərə teleqram vuracağam. Atan həkim gətirsin, - bunu deyərək Pəricahan xanım bir teleqram yazdı və nökərə verdi ki, aparıb stansiyadan vursun. Ağca xanımın qolunu bağlayan zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub
xeyli iztirab ilə Qaraca qızın üzünə baxdı.


- Baba, gördünmü başımıza nə gəldi? - deyə Pəricahan xanım şikayətləndi.
 

- Bəli, gördüm. Onu da gördüm ki, öz balanı ölümdən xüas etmək üçün bu atasız-anasız yetimi bəlaya salmısan, - deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
 

- Baba, nə deyirsən. Qaraca qıza heç bir şey olmamış.
- Yaxşı bax, xanım.
 

Bu vaxt Qaraca qız dedi:
 

- Baba, içərim yanır. Mənə su ver içim.
 

- Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm. Sonra üzünü xidmətçilərə tutub dedi:
 

- Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.
 

- Baba, bu saat - deyə xidmətçilər yüyürüşdülər.
 

- Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir. - Bunu deyərək Pəricahan xanım onun qabağını kəsdi.


- Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, bəyzadə qızına pis xasiyyətləri təsir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına razı deyiləm. - Bunu deyərək Piri baba Qaraca qızın əlindən tutub apardı.

* * *

Piri kişi Qaraca qızı soyundurub rahat etdi. Ona tez-tez ayran verirdi. Lakin Qaraca qızın dişinin dibi qanadığı üçün yaranı sorduqda zəhər tüpürcəklə onun qanına yerimişdi. Bununla belə Piri baba Qaraca qızdan ümidini kəsməmişdi.
 

Lakin öz canını özgə uğrunda fəda etmiş qızcığazın həyatı bitmək üzrə idi.
 

- Baba, mən ölsəm, məni o bağımızın yanındakı göy təpədə basdırın. Oranı mən çox sevirəm. Oradan hər yer görünür. Orada hər cür çiçək var.


- Qorxma, qızım, həkim gəlib, sənə dərman verəcək. Sən də sağalacaqsan, uzun yaşayacaqsan. Mən qoca babanı o dediyin göy təpədə basdıracaqsan.
Hüseynqulu ağa həkim ilə gəlib çıxdı. Həkim Ağca xanıma baxdıqdan sonra dedi:
 

- Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhəri bədəninə yayılmamış ref olunmuş, azacıq hərarəti var. Dərman verərəm yaxşı olar.


Bu xəbərdən ata və ana çox şad oldular. Sonra həkim ilə bərabər Piri babanın daxmasına getdilər. Qaraca qızın qanla dolmuş gözləri yumulmuşdu. Həkim ona baxdıqdan sonra dedi:
 

- Xəstənin halı çox ağırdır, çünki soran zaman zəhəri udmuşdur, o qanına qarışıb bədəninə yayılmışdır. Sağalması çətindir.
 

Bu xəbərdən Piri kişi məyus olub dedi:
 

- Həkim, öz balasını ölümdən xilas etmək üçün başqa bir balanı ölümə verən qadına nə deyərlər?
 

- Sus, qoca köpək, mənim qızımı bir qaraçı qızına taymı edirsən, - deyə Hüseynqulu ağa bağırdı.
 

Həkim onları sakit edib, gətirdiyi dərmanı Qaraca qıza içirtdi və Piri kişiyə tapşırdı ki, bundan xəstəyə tez-tez versin.

- Baba, məyus olma. Qız çox sağlamdır. Ümidvaram ki, sağalar, deyə həkim ağalar ilə bərabər getdi.
 

Piri baba daxmanın qapısını açıb Qaraca qızın başı tərəfində oturdu. Sonsuz qoca Qaraca qıza artıq dərəcədə məhəbbət bağlamışdı. Qaraca qız onun əski komasına yeni bir həyat, yeni bir şölə gətirmişdi. İndi o şölə sönür... Ona da səbəb tam uşaqlığından zülmünü çəkdiyi ağaları olmuşdu.
 

Qaraca qız qan ilə dolmuş gözlərini açdı, axır nəfəsində günəşin şəfəqinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu. Qaraca qız öldü!..
 

- Daxmanın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü.