Elektron ədəbiyyat və sənət portalı

“Əsrarəngiz Misir nağılları” kitabının təqdimat mərasimi keçirildi

Bölmə: Xəbər 28.06.2018

Mayın 15-də Azərbaycan Tərcümə Mərkəzinin, F. Köçərli adına Respublika Uşaq kitabxanası və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə layihəsi olan “Əsrarəngiz Misir nağılları” kitabının təqdimatı və kitaba çəkilən rəsm əsərlərinin sərgisi  keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Tərcümə Mərkəzinin rəsmiləri, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Cənab Adel İbrahim Ahmed, Misir Mədəniyyət Mərkəzinin müdiri Dr.Ahmed Sami Elaydi, tanınmış yazıçı və şairlər, ədəbiyyatsevərlər iştirak edib. Təqdimat mərasimindən sonra qonaqlara kitaba çəkilən rəsm əsərləri nümayiş etdirilib.