Həyatı Borxeslə dərk etmək

Bölmə: Art 24.07.2018 Baxış sayı: 71

Məşhur Argentina ya­zıçısı Xorxe Luis Borxes ömrünün son illərində dünya işığına həsrət qalsa da, həyatı özünəməxsus tərzdə görə, insan qəlbini oxuya bilib. Onun hekayə, esse və şeirlərindəki müdrik fikirlər oxucu­ları düşünməyə vadar edir:

Cənnəti hərə bir cür təsəv­vür edir: mən isə hələ uşaq yaşla­rımdan onu təxəyyülümdə kitabxa­na kimi canlandırıram.

Mənim sənə bir məsləhətim var: adamların sözlərinə, səni artıq görmək istə­məyən qadına görə boynunu boyunduruğa salma.

Bizə sitatdan başqa bir şey qalmayıb, dilimiz – sitatlar sistemidir.

Bir qayda olaraq, poeziyadan, onu zəif duyan adamlar daha çox danışırlar.

Həqiqət bundan ibarətdir ki, bizi yaxın və çox sevdiyimiz adamlardan başqa kimsə inci­də bilməz.

Biz, doğrudan da, mümkün olan hər şeyi sonraya saxlaya-saxlaya yaşayırıq; ola bilsin, qəlbimizin dərinliklərin­də əbədi olduğumuza, gec-tez bütün işləri görməyə və hər şeyi dərk etməyə imkan tapa­cağımıza inanırıq.

Dostluq hissi sevgidən, yaxud həyat adlandırdığımız qar­maqarışıqlığın digər təzahürlərindən az sirli deyil. Bəzən mənə elə gəlir ki, sirli olmayan yeganə hiss –xoş­bəxtlikdir. Çünki xoşbəxtlik özünə qapılmadır.

Romanların qəhrəmanları ilə onların bədbəxtliklərin­dən sarsılmağa adət edib, öz bədbəxtliklərimizi unuduruq.

Bəziləri yazdığı, mən isə oxuduğum əsərlə fəxr edirəm.

Ətrafda hər şey sirlidir, am­ma bəzi şeylərdə bu sirr aş­kardır: dənizdə, sarı rəngdə, qocaların gözlərində, musiqi­də…

Çoxdan anlamışam ki, əgər yaddaşından silməyə özündə güc tapa bilmirsənsə, onda hər şey – sifət, söz, kompas, marka, siqaret – səni dəli eləyə bi­lər.

Doğmalarını bağışlayanlar xoşbəxtdirlər, öz gü­nahını bağışlayan adam isə ikiqat xoşbəxtdir.

Başqalarını əməllərinə görə mühakimə edib, istəyirik bizi imkanları­mıza görə mühakimə eləsin­lər.

Həyat – Tanrının gördüyü yu­xudur.

Sirr sahibi olmaq, sirr ver­məkdən daha yaxşıdır.

Biz artıq tərəqqiyə inanmırıq. Məgər bu özü tərəqqi deyil?

Bəzən kişi qadının sevgisini, onu unutmaq, onun haqqın­da düşünməmək üçün qazan­maq istəyir.

Düşmənə möminlər mərhə­mət göstərə bilərlər və bu, o qə­dər də çətin deyil. Düşməni sevmək isə insanların yox, mə­ləklərin işidir.

İstənilən seçim qərəzli ola bilər.

Biz öz sifətimizdən tez qoca­lırıq.

Sevmək – Tanrının əbədiliyinə inanmaq deməkdir.

Biz hər cür möcüzə yaratmağa qadirik, amma etmirik, çünki həmin möcüzənin təxəyyüldə qalması daha yaxşıdır.

 

 Hazırladı: Nəriman