Mahatma Qandinin duası

Bölmə: Art 27.07.2018

Hindistanın balaca dəniz şə­hərində dünyaya gələn Mohandas Qandi çox zəngin ömür yolu keçib. O, 13 yaşında valideynlərinin məslə­hətiylə Kasturba adlı qızla evlənib, 18 yaşında İngiltərədə Hüquq məktəbi­nə daxil olub. Təhsil aldığı müddət­də qərb mühitinin təsiri altına düşüb, hətta skripka çalmağı və rəqs etməyi də öyrənib. 1891-ci ildə Hindistana qa­yıdan Mohandas iki il Bombey və Rackot şəhərlərində vəkil işləyib, sonra yaxınlarının təklifi ilə Cənubi Afrikada Hindistan icmasına hüquq dərsləri keçməyə gedib və 1893–1914-cü illərdə orada çalışıb.

1919–1948-ci illərdə Hindistan milli-azadlıq hərəkatının lideri olub.

Mahatma Qandinin oxuculara təqdim etdiyimiz duası uzun il­lərdir onun mənəvi gücünün gös­təricisi kimi qəbul olunur:

"İlahi!

Həqiqəti güclülərin üzünə demək üçün mənə güc ver.

Zəiflərin alqışını və sevgisini qa­zanmaq, yalan söyləməmək üçün mənə dəstək ol.

Əgər mənə var-dövlət verəcəksən­sə, xoşbəxtliyimi alma.

Əgər mənə güc verəcəksənsə, mühakimə qabiliyyətimi əskiltmə.

Əgər mənə uğur verəcəksənsə, təvazö­karlığı azaltma.

Əgər mənə təvazökarlıq verəcək­sənsə, nüfuzumu aşağı salma.

Görünənin o biri üzünü görməyimə də yardım elə.

Düşüncələrimlə razılaşmadığına görə mənə qarşı olanları xainlikdə suçlayıb, onların qarşısında günah­kar vəziyyətə düşməyimə imkan vermə.

Mənə özümü sevən kimi digərlərini də sevməyi, digərlərini mühakimə edən kimi özümü də mühakimə et­məyi öyrət.

Uğurlarımın başımı gicəlləndirməyinə imkan vermə.

Uğursuzluğa düçar olanda, ümidsizliyə qapılmağıma imkan ver­mə.

Uğursuzluğun uğurdan əvvəlki sı­naq olduğunu xatırlamağımı təmin et.

Mənə xeyirxahlığın güclərin ən üstünü, intiqam arzusu­nun isə zəiflik əlaməti oldu­ğunu öyrət.

Mənə var-dövlət verməsən belə, ümidimi əlimdən alma.

Əgər uğur qazanmağıma imkan verməsən, uğursuzluğa üstün gəl­mək üçün iradəmi əlimdən alma.

Əgər məni sağlamlıqdan məhrum etsən, inancın lütfünü ver.

Əgər insanlara ziyan vursam, mə­nə üzr istəmək gücü ver.

Əgər insanlar mənə ziyan vursa, mənə əfv etmək və mərhəmətli olmaq gücü ver.

İlahi!

Əgər mən səni unutsam, sən məni unutma!"

 

Hazırladı: N.Əliyeva