Elektron ədəbiyyat və sənət portalı

“Oyuq” studiyası Qran-pri qazanıb

Bölmə: Beynəlxalq 04.03.2016

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nüfuzlu müsabiqədə studiyanın istedadları Azərbaycan xalq nağıllarından seçmələrlə tərtib olunan tamaşa-konsertlə çıxış ediblər. Tamaşanın müəllifi “Oyuq” teatr studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı isə İqbal Əliyevdir. Bununla yanaşı, 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli birinci dərəcəli diploma layiq görülüblər.

Qeyd edək ki, müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutub. Müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.