Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanlı rəssamın əsərləri Roma qalereyasında

Bölmə: Beynəlxalq 18.03.2016

Sərgi insanlara belə bir mesaj verir: gündəlik həyatın monoton sakitliyində hər an təhlükəyə və aqressiyaya çevrilə biləcək məqamlar gizlənir. İstənilən anda sakitlik katastrofik hadisələrlə əvəz oluna bilər. Qırmızı rəng bu sərgidə nümayiş olunan əsərlərdə iki mənanı əks etdirir: bir tərəfdən zorakılığı, ölümü və xaosu, digər tərəfdən isə ehtirası, sevgini və həyatı. Əsərlərdə nəzərə çarpan nar detalı mövcudluğu, əbədiyaşarlığı ifadə edir.

İzləyiciləri həyəcanlandıran “Qırmızı təhlükədir” adlı video installasiyada qırmızı rəng təhlükəni simvolizə edir: sakit görünən hər şey bir anda pozulur. Sənətkarın bu yanaşması günümüzün ən aktual problemi olan fərd ilə cəmiyyət arasındakı anlaşılmazlıqları fərqli bir mənzərədə gözlər önünə gətirir.

Sərgidəki əsərlərdə zorakılıq pislənir, mədəniyyətlər və dinlər arasında dialoqa, sülhə çağırış edilir.

Məxsusi olaraq bu sərgi üçün hazırlanmış lampanın əsas elementi olan nar ana təbiətin əvəzsiz meyvəsi, həyatın rəmzi kimi göstərilir.