Elektron ədəbiyyat və sənət portalı

Məşhur ingilis yazıçısı vəfat etdi

Bölmə: Beynəlxalq 15.04.2016

Qeyd edək ki, vaxtilə narkotik maddə alveri ilə məşğul olduğuna görə 1987-ci ildə ABŞ-da 25 illik həbs cəzasına məhkum edilmiş Hovard Marks cəzasının əsas hissəsini İngiltərədə çəkib. Yeddi ildən sonra – 1994-cı ildə isə onun həbsxanadan buraxılmasına qərar verilib. O, yazıçılıq fəaliyyətinə də bundan sonra başlayıb.

1996-cı ildə qələmə aldığı “Cənab Handcubas” avtobioqrafik əsəri yazıçıya böyük şöhrət gətirib.

2000-ci ilin əvvəllərində Marks, bestsellerə çevrilmiş “Cənab Handcubas” və “Şeytana şəfqət” romanlarının davamını yazıb.

O, 2006-cı ildən yaradıcılığına xatirələrini qələmə almaqla davam edib. Yazıçı mütəmadi olaraq tələbə birliklərində və festivallarda çıxışlar edib.

2015-ci ildə Marksda sağalmaz beyin şişi xəstəliyi aşkarlanmışdı.

NARINGÜL