Elektron ədəbiyyat və sənət portalı

“Cinlər”in nadir nüsxəsi hərracda satılıb

Bölmə: Beynəlxalq 15.04.2016

1935-ci ildə “Akademiya” nəşriyyatında Lev Kamenev tərəfindən nəşr edilmiş bu kitab özünəməxsus şəkildə “bibliofil əfsanəsi”nə çevrilmişdi.

Qeyd edək ki, Lev Kamenev məşhur partiya fəalı və inqilabçı olub. O, 1935-ci ildə siyasi repressiyaya məruz qalsa da, “Cinlər” əsərinin birinci hissəsini nəşr etdirməyə macal tapıb. Lakin kitab nəşr edilən kimi, dərhal da məhv edilib. Əsərin çapı nəzərdə tutulan ikinci hissəsi isə, təbii ki, işıq üzü görməyib.

Lakin vaxtaşırı “Cinlər” əsərinin salamat qalmış nüsxələri haqqında müxtəlif informasiyalar yayılırdı. Bəziləri həmin nüsxənin qalmadığını iddia edir, bəziləri isə onu israrla axtarmaqda davam edirdi.

NARINGÜL