Elektron ədəbiyyat və sənət portalı

Ötən ilin ən çox qazanan yazıçıları

Bölmə: Ədəbiyyat 15.04.2016

Ceyms Petterson - 89 milyon dollar

69 yaşlı amerikalı yazıçı C.Petterson gəlirinin böyük hissəsini özünün “Pageturner” fondu vasitəsilə kitabxanalara, universitetlərə və dövlət arxivlərinə bağışlayır. Bu günə qədər 300 milyon nüsxədən çox kitabı çap olunmuş Petterson 19 dəfə “New York Times” qəzetində kitabları ən çox satılan yazıçılar reytinqinin qalibi olub.

 

Con Qrin

“Eyni ulduzların altında”, “Alyaskanın arxasınca”, “İlk məhəbbət”, “Sevgi baharı gözləməz” kimi kitabların müəllifi olan 38 yaşlı Con Qrin 26 milyon dollar sərvəti ilə siyahıda ikinci yerdə qərarlaşıb.

 

Veronika Rots - 25 milyon 400 min dollar

Siyahının üçüncüsü “Seçilmiş” kitabının müəllifi 27 yaşlı yazıçı Veronika Rotsdur.

 

Danielle Stil - 25 milyon dollar

“Məni belə sev”, “Zoya” kimi əsərlərin müəllifi olan 68 yaşlı Danielle Stilin kitabları bütün dünyada 500 milyondan çox tirajla satılıb.

 

Ceff Kinney - 23 milyon dollar

“Zəifin gündəliyi“nin (“Diary of a Wimpy Kid”) müəllifi Ceff Kinney ən varlı yazıçılardan biri kimi tanınır. 45 dilə çevrilən bu əsər müəllifə böyük sərvət qazandırıb.

 

Canet İvanoviç - 21 milyon dollar

Uzun illər məhəbbət romanları yazan 72 yaşlı yazıçı Canet İvanoviçin “Stefano Plum” əsəri ona milyonlar qazandırıb. “Forbes”in versiyasına görə, ən çox qazanan yazıçılar siyahısında müəllif altıncı pillədədir.

 

C.K.Roulinq - 19 milyon dollar

Coanna Roulinq bu qədər böyük sərvəti “Harri Porter” hekayələri sayəsində qazanıb. Məşhur yazıçı ötən il ən çox qazanan qadın yazıçılar siyahısında dördüncü sırada yer almışdı. 50 yaşlı dünya şöhrətli yazıçı 19 milyon dollarlıq sərvəti ilə bu il siyahının 7-ci pilləsində qərarlaşıb.

 

Stiven Kinq - 19 milyon dollar

Qorxu və fantastika janrında romanların müəllifi Stiven Kinq “Forbes”-in siyahısında hər zaman yuxarı pillələrdə qərar tutub. Onun “Qara qüllə”, “Yaşıl yol”, “Ekstrasens” və “Əsarətin bədəli” kimi bir çox kitabları əsasında filmlər çəkilib.

 

Nora Roberts - 18 milyon dollar

Bu günə qədər 200-dən çox romanı nəşr olunmuş 65 yaşlı yazıçı, əsasən məhəbbət və macəra mövzusunda yazır. Nora Roberts “Qara ifritə”, “Sabah və daima”, “Ağ xəyallar” və.s kitabların müəllifidir.

 

Con Grişam - 14 milyon dollar

61 yaşlı yazıçının 29-dan çox dilə tərcümə olunmuş kitabları ona milyonlar qazandırıb. Oxucularını hər il yeni kitabla sevindirən yazıçının “Gray Mountain” romanı 2014-cü ildə 620 min nüsxə satılıb.

NARINGÜL