Elektron ədəbiyyat və sənət portalı

Parisdəki müasir incəsənət sərgi-yarmarkasında ölkəmizi “YAY Gallery” təmsil edir

Bölmə: Beynəlxalq 01.04.2016

Yarmarkada 20-dək ölkəni təmsil edən 143 qalereyanın iştirakı təsdiqlənib. Azərbaycan, Kolumbiya və İran bu sərgi-yarmarkada ilk dəfə təmsil olunacaq.

“YAY Gallery” 5 ildən az bir müddətdə fəaliyyətə başlayan perspektivli qalereyalara həsr edilmiş “Promesses” sektorundakı G stendində ölkəmizin müasir incəsənət nümayəndələrinin əsərlərini nümayiş etdirəcək.

Yarmarka keçirilən müddətdə hər axşam “Grand Palais”in fasadında rəqəmsal incəsənət əsərləri təqdim olunacaq.

Şəhla AĞALAROVA