Elektron ədəbiyyat və sənət portalı

Səmərqənd kitabxanalarına Azərbaycan haqqında kitablar verilib

Bölmə: Beynəlxalq 01.04.2016

Onların arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar var. Həmçinin kitabxanaya Azərbaycanın tarixi, iqtisadiyyatı, turizm potensialı, ədəbiyyatı, mədəniyyəti, dövlətçilik ənənələri ilə bağlı bukletlər hədiyyə olunub.

Kitabları AMM-in direktoru Samir Abbasov və Səmərqənd vilayəti üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Adilağa Mirzəyev təqdim ediblər. Kitabxanaların rəhbərliyi ilə görüş keçirib, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Samir Abbasov bildirib ki, hazırda Daşkənd İslam Universiteti və paytaxtdakı Beynəlxalq Westminister Universiteti üçün Azərbaycana dair kitab kolleksiyası hazırlanır.

Qulu KƏNGƏRLİ