Elektron ədəbiyyat və sənət portalı

Səbirsizliklə gözlənilən filmin çəkilişləri dayandı

Bölmə: Beynəlxalq 10.05.2016

Məlum olduğu kimi, mart ayında filmdə baş rolun ifaçısı Dilan O’Brayenin çəkilişlər zamanı ağır zədə alması səbəbindən çəkilişlər dayandırılıb. Belə ki, aktyor hərəkət edən avtomobilin üstündən yıxılıb. Yaradıcı heyət əvvəlcə aktyorun tezliklə sağalacağına və çəkiliş meydançasına qayıdacağına ümid etsə də, həkimlər onun zədəsinin çox ağır olduğunu bildiriblər.

Qeyd edək ki, “Labirintdə qaçan” trilogiyasının təqdimatı 2017-ci ilin fevral ayında baş tutmalı idi.

NARINGÜL