Elektron ədəbiyyat və sənət portalı

Pablo Nerudanı Pinoçet öldürtdürüb

Bölmə: Beynəlxalq 10.05.2016

urnalist təhqiqatı nəticəsində məlum olub ki, 1973-cü ildə vəfat etmiş Pablo Nerudanın ölüm səbəbini Çili hüquq-mühafizə orqanları indiyə qədər araşdırır. 43 il davam edən araşdırma zamanı polis yalnız bir faktı təsdiqləyə bilib və ədibin ölüm səbəbinin izinə də məhz bu ifadədən sonra düşə bilib. Nerudanın sürücüsü polisə verdiyi ifadəsində etiraf edib ki, prostat xərçəngindən əziyyət çəkən şair Çili xəstəxanalarının birində müalicə alarkən ona vurulan iynədən sonra dünyasını dəyişib. Bu faktın üzərində dayanan Çili hüquq-mühafizə orqanlarının rəsmiləri iddia edir ki, Pablo Neruda diktator Auqusto Pinoçetin sifarişi ilə öldürülüb. Belə ki, Pablo Neruda xəstəxanada müalicəsini bitirdikdən sonra Meksikaya mühacirət etməyə hazırlaşırdı.

NARINGÜL