Elektron ədəbiyyat və sənət portalı

Harper Linin naməlum məqaləsi üzə çıxıb

Bölmə: Beynəlxalq 10.05.2016

 

Şilds deyib: “Yazıda Harper Li Trumen Kapotenin “Amansız qətl” romanının real hadisələr əsasında yazıldığını diqqətə çatdırıb. Belə ki, 1959-cu ildə Kanzasda fermer Herb Klatterin ailəsi amansızcasına qətlə yetirilir. Yazıçı Harper Li “Amansız qətl” romanının müəllifi Trumen Kapote ilə birlikdə Kanzasa – hadisə yerinə gedir”. Məqalə 1960-cı ilin mart ayında “Adamoynadanı öldürmək” romanının çap olunmasına dörd ay qalmış işıq üzü görüb. Lakin o vaxt məqalənin çap olunduğu “Grapevine” jurnalında yazı müəllifinin adı qeyd edilməyib. Lakin Şilds iddia edir ki, məqalənin müəllifi yazıçı Harper Lidir. Şilds bunu sübut etdikdən sonra, may ayında “Grapevine” jurnalı məqaləni yenidən, Şildsin önsözü ilə dərc edib.

Xatırladaq ki, “Adamoynadanı öldürmək” romanının müəllifi Harper Li bu ilin fevral ayının 19-da 90 yaşında vəfat edib.

NARINGÜL