Elektron ədəbiyyat və sənət portalı

Salvador Dalinin gündəliyi 50000 avroya hərracda

Bölmə: Beynəlxalq 10.05.2016

Belə ki, bu dəfə sürrealist rəssamın rəsm əsərləri deyil, şəxsi gündəliyi hərraca çıxarılacaq. Ekspertlərin sözlərinə görə, rəssamın gündəliyi onun zəngin daxili dünyasını əks etdirir. Sənətşünaslar və rəssamlar hesab edir ki, gündəlikdəki bəzi rəmzi şəkillər və riyazi hesablamaları rəssam gənc yaşlarında qeydə alıb.

Jurnalistlərə o da məlum olub ki, gündəliyin başlanğıc qiyməti 50000 avro təşkil edir. Hərrac Parisdə “Sotheby’s” evində keçirilir. Hərraca Salvador Dalinin gündəliyindən başqa, dəyəri təxminən 4 milyon avro olan dadaizm və sürrealizm cərəyanına aid 496 əsər də çıxarılıb.

NARINGÜL