Elektron ədəbiyyat və sənət portalı

Argentinanın ölkəmizdəki səfiri Tərcümə Mərkəzində olub

Bölmə: Beynəlxalq 20.05.2016

- Kitab artıq çap prosesindədir, yaxın günlərdə işıq üzü görəcək. Azərbaycanda Argentina ədəbiyyatına həmişə böyük sevgi və maraq olub. Bu sevgini Azərbaycan oxucusunda böyük Argentina ədibləri X.L.Borxes, X.Kortasar və E.Sabato kimi qələm sahibləri oyadıb. Düşünürəm, Azərbaycanda ilk dəfə nəşr olunan Kasares də Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq - deyə Mərkəzin direktoru xanım Afaq Məsud bildirib.

Öz növbəsində, nəşrin Azərbaycan-Argentina mədəni əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edən səfir belə layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.