Elektron ədəbiyyat və sənət portalı

Dövlət “Yuğ” Teatrı yeni tamaşasının premyerasına hazırlaşır

Bölmə: Beynəlxalq 20.05.2016

AzərTAc xəbər verir ki, dünya şöhrətli Norveç yazıçı-dramaturqu Henrik İbsenin pyesi əsasında hazırlanan “Oyuncaq evi” tamaşası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Metyu Zak Paneş, quruluşçu rəssamı Olqa Yaroş, quruluşçu prodüseri Sənan Əliyevdir.

Səhnə əsərində teatrın aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edəcəklər.

Tamaşanın premyerası mayın 20-də YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq.