Elektron ədəbiyyat və sənət portalı

Azərbaycanın Əməkdar artisti Avropada konsert turlarında çıxış edəcək

Bölmə: Beynəlxalq 10.06.2016

AzərTAc xəbər verir ki, iyunun 23-də İsfar Sarabskinin və Zafer Yousifin İtaliyanın Udine şəhərində konserti olacaq. Konsert Palmoste Teatrında təşkil ediləcək. Musiqiçilər iyulun 2-də Rumıniyada Timişoara caz, iyulun 16-da Portuqaliyada Espino musiqi, həmin ayın 29-da isə İspaniyada Malaqa caz festivallarında çıxış edəcəklər. İsfar Sarabskinin və Zafer Yousifin daha bir konsert turu avqustun 4-də Almaniyanın Vürtsburq şəhərində olacaq.

Turlar haqqında məlumatları İsfar Sarabskinin “Facebook” səhifəsindən, konsertlərin keçiriləcəyi məkanların və tədbirlərin saytlarından əldə etmək olar.