Elektron ədəbiyyat və sənət portalı

Bakı, Beynəlxalq Caz Festivalına yenidən ev sahibliyi edəcək

Bölmə: Mədəniyyət 24.06.2016

Sərginin rəsmi açılışı və ilk konserti oktyabrın 22-də “Rotunda Jazz Club”da olacaq. Tamaşaçıların qarşısında Qabriel Qrossi triosu (Braziliya) çıxış edəcək. Qeyd edək ki, festivalın açılışı münasibətilə rəssam Vüqar Əlinin caz sənətinə həsr etdiyi əsərləri, habelə fotoqraf Arkadi Mitnikin (Hollandiya) işləri sərgilənəcək.

Festivalın proqramında Qabriel Qrossi triosu (Braziliya), İrakli Koyava və Levan Kemulariya dueti (Gürcüstan), “Plunge” triosu (İsveç), Antonio Lizana qrupu (İspaniya), Pyer de Treqomayn kvarteti (Fransa), Debora Karter kvinteti (Hollandiya), Eren Coşkuner kvarteti (Türkiyə), “Linley Marthe & Friends” (Fransa) qrupu, Albert Hera (İtaliya), Atanas Dinovski və Pol Şubert dueti (Makedoniya-Avstriya), Tord Qustavsen kvarteti (Norveç), Levan Kemulariya triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski (Azərbaycan), ölkəmizin gənc istedadlı musiqiçiləri, Sebastyan Studnitski triosu, eləcə də Sebastyan Studnitski “Memento” simli kvarteti (Almaniya-Azərbaycan), “Djabe” (Macarıstan), “Takumi’s Trick With Asian Friends” (Yaponiya), “Dainius Pulauskas” (Litva) qrupları, “Grzech Piotrowski” (Polşa-Azərbaycan) kvarteti, “Musica Ficta” (Kolumbiya) qrupu, Denis Fontura (Braziliya) və dicey Tomasın çıxışları yer alıb. Festival müddətində ümumilikdə 64 tədbir nəzərdə tutulur.

Konsertlər “Rotunda Jazz Club”, İçərişəhərdə “Art Club”, Beynəlxalq Muğam Mərkəzində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və orqan musiqisi zalında təşkil ediləcək.

Bakı Beynəlxalq Caz Festivalı Norveç, Yaponiya, Almaniya, Kolumbiya, Avstriya, Fransa, İspaniya səfirlikləri, Türkiyə Xarici İşlər Nazirliyi və Bakıda Fransız liseyinin dəstəyi ilə təşkil ediləcək.