Elektron ədəbiyyat və sənət portalı

Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” şeirlər kitabı nəşr olunub

Bölmə: Ədəbiyyat 09.07.2016

Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi – Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi – Afaq Məsuddur. Nəşrin redaktoru – Yaşar Əliyev, bədii tərtibatçısı – Aqil Əmrahovdur.

“Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun, şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.