Elektron ədəbiyyat və sənət portalı

Leyla Əliyeva rusiyalı tələbələrlə bir sıra məsələləri müzakirə edib

Bölmə: Beynəlxalq 15.07.2016

Rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.

Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlət Universiteti və Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya, sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda MDBMİ-nun nəzdindəki “Negotiation Glub” çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub.