Elektron ədəbiyyat və sənət portalı

Erməniyə pul versən...

Bölmə: 22.07.2016

Əgər qoydunsa, səninki deyil. Amma erməni it kimi pulun iyini uzaqdan duyur. Elə bugünlərdə ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağa maddi yardım ayrılması tövsiyəsi ilə çıxış edib.

Hələ ötən il ABŞ Senatı tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə “Dövlət və xarici təxsisatlar” qanun layihəsində də Dağlıq Qarabağa yardım ayrılması tövsiyə olunub. Lakin dekabrın 18-dən Konqresin təsdiqi ilə qüvvəyə minən qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb.

İndi təsəvvür edin, 1998-2013-cü maliyyə illərində Konqresin qərarı ilə Dağlıq Qarabağa müntəzəm vəsait ayrılıb. Bəs Serj və onun əlaltıları bu pulu hara xərcləyiblər? Deyə bilərsiniz ki, yazıq Serj, bu pulun bir qara qəpiyinə də göz dikməyib. “Jiquli-03” markalı sınıq-salxaq maşını olub, bir də Xankəndində köhnə, kiçik ata evi (deklarasiyada belə yazılıb!), vəssəlam.

Bəlkə, Serj Qarabağda gədələrinin viran qoyduğu ərazilərdə qəsəbələr salıb, evlər tikib, dağıtdığı məktəbləri, uşaq bağçalarını bərpa edib, yol çəkdirib, ağac əkdirib, hə? Yəni, belə nağıllara kimsə inana bilər? Axı yardımın məbləği milyon dollarla ölçülür, bu pula on dənə yeni İrəvan, Xankəndi tikib, ən müasir infrastruktur yaratmaq olardı, aclıqdan və işsizlikdən Ermənistanı tərk edən əhaliyə firəvan həyat bəxş etmək mümkün idi...

Bəs Serj nə etdi? Bu pula silah-sursat aldı, Dağlıq Qarabağdakı quldur dəstələrini maliyyələşdirdi və qalanını da kefə, qumara sərf elədi (Qərb mətbuatının yazdığına görə, Serj Avropa kazinolarında 70 milyon avro uduzub).

Hə, tamam unutmuşdum, bir də özü kimi faşistə -Njdeyə İrəvanın göbəyində heykəl qoyub. Hələ utanmaz-utanmaz dünyaya meydan oxuyur, beynəlxalq qurumlara arxa çevirir. Vücudu və məfkurəsi bir qara sentə dəyməyən Serj “Əl-Mayadin” telekanalına müsahibəsində görün nə  deyib:   

“Bütün dünya bir olsa, Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa məcbur edə bilməz. Yalnız Qarabağ sakinləri onun yekun statusunu müəyyənləşdirməlidirlər – ayrıca dövlət olmaq, yaxud Ermənistan Respublikasına birləşmək. Mənim üçün vacib olan Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin olunmasıdır ki, insanlar minilliklərlə yaşadıqları tarixi vətənlərində ömür sürə bilsinlər. Qarabağın təhlükəsizliyi yalnız Azərbaycandan kənarda təmin edilər bilər. Əgər indi hətta bütün dünya Dağlıq Qarabağ əhalisini Azərbaycanda yaşamağa inandırmağa çalışsa da, bu, mümkün olmayacaq. Azərbaycan rəhbərliyi bunu anlamalıdır və əsas məsələ odur ki, bu insanları heç cür Azərbaycanın tərkibində zorla saxlamaq mümkün olmayacaq”.

Başqa sözlə, Serj Dağlıq Qarabağın Azərbaycan tərkibində öz müqəddəratını həll etmək hüququnu inkar edir. O, yalnız bir alternativ göstərir – ya müstəqillik, ya da Ermənistana inteqrasiya. Azərbaycanın xeyrinə seçimdən bir kəlmə də deyilmir.

Bir məsələ də maraqlıdır ki, Serj hansı əhalidən dəm vurur? Əgər Dağlıq Qarabağın Talış kəndini nəzərdə tutursa, məlumat üçün ona bildirək ki, Azərbaycan ordusunun son uğurlu hərbi əməliyyatlarından sonra bu kənddə çaqqal da ulamır, çünki yeməyə bir şey yoxdur, adamlar da qaçıb. Elə başqa  yaşayış məntəqələrində də vəziyyət eynidir: ermənilər vahiməyə düşüb, evlərini tərk edirlər. Serj onlara nə qədər yardım və pul təklif etsə də, geri dönən yoxdur. Amma bütün bunlar Serjin ürəyindəndir, çünki yardım adı ilə aldığı pulları hara istəsə, xərcləyə bilər...       

Mən də elə ona görə deyirəm ki, erməniyə pul vermək olmaz. Çünki pulu görən kimi çaşır, qudurur... Sonrası da məlumdur.