Elektron ədəbiyyat və sənət portalı

 “Yalquzaq”dan Serjə medal!

Bölmə: «Aydın Yol»çular 29.07.2016

O, müxbirlərə deyib: “Əgər ərim azad olunmasa, mən onun bütün orden və medallarını Serj Sarkisyanın sifətinə çırpacağam”.

A.Xandoyan həmin müharibədə 6 hökumət mükafatına layiq görülüb. Buna baxmayaraq, keçmiş hərbçi indi həbsdədir və erməni hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınır. Onun qardaşı Arayik Xandoyan isə Yerevanda polis şöbəsini ələ keçirmiş silahlıların sırasındadır.

Bəh! Bəh! İndi Serji ürəkdən təbrik etmək olar. Çünki zəifliyi, gücsüzlüyü bir daha ortaya çıxdı. Amma Serjin sifətinə medal çırpmaq heç bir işə yaramayacaq. Çünki Serj belə şeylərə öyrəncəlidir. Ömrü boyu onun-bunun qapazını yeyib, Xankəndində “Jiquli-03” ilə xaltura eləyəndə dəfələrlə söyülüb, müştərilərdən artıq pul istəyəndə adamlar onun sifətinə o qədər xırda qəpiklər çırpıblar ki!

Serj ürəkdən sevinir ki, həbsə atdığı Araratın arvadı onun üzünə tüpürmək fikrindən vaz keçib. Çünki arvad tüpürcəyi yapışqan olur, gərək gedib sir-sifətini erməni suyu ilə yaxşı-yaxşı yuyasan ki, ləkəsi qalmasın. Serj indi nə edəcəyini yaxşı bilir: sifətinə çırpılan medalları bircə-bircə yerdən qaldıracaq, üfürüb toz-torpağını silib qoyacaq cibinə. Sonra da qurbağa gözlərini döyüb yanındakılara deyəcək:

- Ara, ölkədə onsuz da metal çatışmır, ruslar da son vaxtlar bizdən soyuyub, tank-mank vermirlər, azərbaycanlılarla dostlaşıblar. Kaş bu medallardan sifətimə çox çırpaydılar, hamısını aparıb köhnə bazarın arxasındakı metal qırıntısı toplayan Qurgenə təhvil verərdim, amma havayı yox, dramlarımı alıb qoyardım cibimə. Zarafat deyil, bir ətək pul eləyir. Sonra da əridib tank düzəldərdik. Axı bu medal gədə-güdənin nəyinə lazımdır? Bir tikə tulapayı çörəyi verirəm də! Yeyin, gedib Vazgenə dua oxuyun...

Öz ölkəsini idarə edə bilməyən bir rəhbərdən bundan artıq nə gözləmək olar? Amma Serji çox da qınamayın. Yazıq başını lap itirib! Gör iş nə yerə çatıb ki, Serjin yaxın adamı sayılan oliqarx, hakim partiyanın Ermənistan parlamentindəki deputatı Mqer Sedrakyan silahlı dəstə toplayıb və Yerevandakı polis şöbəsini ələ keçirən qiyamçıları dəstəkləyən 6 nəfər fəalı girov götürüb. Oliqarx onları şəhər ətrafındakı evinin  zirzəmisində saxlayıb və işgəncə verib.

Keçən il məhz M.Sedrakyanın bu silahlı qrupu Vahan Martirosyanın mənzilinə basqın edib, ona və ailəsinə qarşı fiziki zor işlədib. Elə həmin intiqam olayından sonra Vahan da eləmə tənbəllik, əvvəl Tbilisiyə, oradan isə Bakıya qaçıb.

İndi də deyirlər ki, zirzəmidə saxlanılan həmin 6 fəal da qaçmağı planlaşdırır, özü də hara - Azərbaycana!

Bəs haqq-ədalət axtaran, kömək diləyən, təqiblərə məruz qalan bu adamlar sizcə, niyə Azərbaycana üz tuturlar? Axı Serj hər tində bağırır ki, Ermənistan kimi demokratik ölkə yer üzündə yoxdur, Azərbaycanda isə guya insan hüquqları pozulur. Amma belə getsə, gərək Bakıda erməni qaçqınları üçün şəhərcik yaradaq. Çünki bir namizəd də var. Angela Mosiyan görün jurnalistlərə nə deyib:

“Mən Bakıya getməyi düşünürəm. İlham Əliyevə deyəcəyəm ki, “Sevinin, çünki artıq sizlik bir iş qalmayıb, Ermənistanda ermənilər öz əsgərlərini özləri məhv edirlər”.

Bu, 20 yaşlı əsgər övladını - Suren Mosiyanı itirmiş ananın fəryadıdır. Əsgər çox müəmmalı şəraitdə dünyasını dəyişib. Onun anası istintaqın gedişindən narazıdır: “Oğlum altı ay əvvəl ölüb və heç kim mənə cavab verə bilmir ki, xəstə uşaq hərbi xidmətə niyə və necə çağırılıb? Tezliklə, Ermənistanda bütün analar qara geyinməli olacaqlar, çünki bir nəfər də olsun əsgər qalmayacaq, hamısını öldürəcəklər”.

Angela anaya demək istəyirəm ki, biz qatil deyilik, torpaqlarımızı işğalçı ermənilərdən təmizləmək üçün canımızdan da keçməyə hazırıq. Ona görə də siz, erməni əsgər anaları, düşünün, Serjin çirkin oyunlarında bir alət olmaq, yoxsa balalarınızı qorumaq seçimi qarşısında qərarınızı verin.