Elektron ədəbiyyat və sənət portalı

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada nəşr olunacaq

Bölmə: Beynəlxalq 08.08.2016

AzərTAc xəbər verir ki, Yaponiyanın məşhur “Suisei-sha” nəşriyyatından yazıçıya bununla bağlı təklif gəlib. Romanı rus dilindən yaponcaya professor İçiro İto tərcümə edib.

Xatırladaq ki, “Yarımçıq əlyazma” Kamal Abdullanın Yaponiyada işıq üzü görəcək ikinci kitabıdır. Bundan əvvəl yapon oxucuları yazıçının “Sehrbazlar dərəsi” romanı ilə tanış olmaq imkanı qazanıb. Yaponiya nəşriyyatlarının Azərbaycan ədəbiyyatına olan marağı Yaponiya-Azərbaycan ədəbi əlaqələrinin yeni və daha yüksək əməkdaşlıq mərhələsinə adladığının göstəricisidir.

“Suisei-sha” nəşriyyatı 2005-ci ildən Yaponiyanın Müqayisəli Ədəbiyyat Assosiasiyasının mükafatçıları siyahısındadır. Nəşriyyat indiyə qədər Spinoza, V.Hüqo, M.Prust, Nitsşe, A.Sent-Ekzüperi, Q.Flober və E.Jabes kimi görkəmli ədiblərin əsərlərini yapon oxucusuna təqdim edib.