Elektron ədəbiyyat və sənət portalı

Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bölmə: Beynəlxalq 26.08.2016

Beynəlxalq festival Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrinin musiqiçilərinin ifasında təqdim olunacaq.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Günü keçirilir. 2009-cu ildən etibarən isə hər il sentyabrın 18-dən başlanan və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub.