Elektron ədəbiyyat və sənət portalı

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Bölmə: Beynəlxalq 16.06.2015

Prezident Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib.

Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.

“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın dövlət himni səslənib. Daha sonra Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.