Elektron ədəbiyyat və sənət portalı

Yazıçı İlqar Fəhmi ilə görüş

Bölmə: Beynəlxalq 08.10.2016

AzərTAc xəbər verir ki, görüşdə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhminin yaradıcılığından söhbət açılacaq. Elm, mədəniyyət, incəsənət xadimləri ədibin yaradıcılığı haqqında danşacaqlar.

İ.Fəhmi “Dəfnə ağacı”, “Çaqqal nəfəsi”, “Axırıncı qatar”, “Ölüm növbəsi”, “Aktrisa”, “Dərvişin qeydləri”, “Axırıncı dayanacaq” və başqa ekran əsərlərinin və “Bakı tarixindən kollaj”, “Evtanaziya”, “Müsibəti-Fəxrəddin”, “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?”, “Bu gündən dünənə”, “Akvarium” və s. kitabların müəllifidir. Cari ildə İlqar Fəhminin əsərlərinin 12 cildliyi nəşr olunub.