Elektron ədəbiyyat və sənət portalı

“Da Vinçi şifrəsi”nin müəllifindən yeni roman

Bölmə: Beynəlxalq 08.10.2016

Mənşə” adlı kitab 2017-ci ilin 26 sentyabrında satışa çıxarılacaq. Xatırladaq ki, seriyanın əvvəlki romanları – “Mələklər və iblislər”, “Da Vinçi şifrəsi”, “İitirilmiş rəmz” və “İnferno” adlı romanlar olub. 2006-cı ildə “Da Vinçi şifrəsi” əsəri ekranlaşdırılıb. Filmdə baş rolu Tom Henks ifa edib. Daha sonra 2009-cu ildə “Mələklər və iblislər”ə çəkilmiş film təqdim edilib. “İnferno”ya çəkilmiş filmin premyerası isə bu ilin oktyabr ayına planlaşdırılır. Britaniyanın “Transworld” və ABŞ-ın “Doubleday” nəşriyyatının birgə məlumatında deyilir ki, Braunun yeni əsəri də əvvəlki romanları kimi şifrələrlə, elm, din, incəsənət və memarlıq ilə bağlı məqamlarla zəngin olacaq. Naşirlərin məlumatına görə, indiyə qədər dünyada Braunun 200 milyon nüsxə kitabı satılıb. O, 2016-cı ildə ən çox qazanan yazıçılardan biri olub.

NARINGÜL