Elektron ədəbiyyat və sənət portalı

Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında

Bölmə: Beynəlxalq 16.09.2015

Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, A.L.I.C.E. proqramının nümayişi nəzərdə tutulub.
Stendimizi həm ölkə vətəndaşları, həm də xarici qonaqlar ziyarət edir, kitablar, tərcümə kataloqları və digər tanıtım nəşrlərimizlə yaxından tanış olurlar. Nəşrlərimiz bütün kitabsevərlərə endirimlə təqdim olunur.
Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.