Elektron ədəbiyyat və sənət portalı

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

Bölmə: Ədəbiyyat 17.12.2016

Jurnalın bu sayında:

  • “Seçilmişlər” rubrikasında – Joze Saramaqonun Nobel nitqi və “Kentavr” hekayəsi;
  • “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı;
  • “Yubiley” rubrikasında Afaq Məsudun Ramiz Rövşənə həsr olunmuş “Ədəbiyyat və onun adamları” məqaləsi və şairin şeirləri;
  • “Hekayə” rubrikasında Avqust Strindberqin “Məhəbbət və çörək”, Pavel Vejinovun “Mənim ilk günüm” əsərləri;
  • “Gündəlik” rubrikasında Valter Skottun gündəliklərindən seçmələr;
  • “Dublin mükafatı laureatları” rubrikasında Alister Makleodun “Qayıq” hekayəsi;
  • “Rus nəsri” rubrikasında Leonid Andreyevin hekayələri;
  • “Esse” rubrikasında Con Faulzun “Aristos” silsiləsi;
  • “İntibah” rubrikasında Rotterdamlı Erazmusun deklamasiyası;
  • “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında Yusteyn Qorderin “Portağal qız” romanından parça;
  • “Korifeylər” rubrikasında İvo Andriçin hekayələri;
  • Əbəbi mozaika

və digər maraqlı yazılar yer alır.