Elektron ədəbiyyat və sənət portalı

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

Bölmə: Özəl baxış üçün 08.05.2017

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, IV Ümümdünya Forumunun Təşkilat Komitəsinin katibi, Azərbaycan Mədəniyyət və Tuzim Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO, BMT Sivilizasiyalar Alyansının, Ümümdünya Ticarət Təşkilatının, Avropa Şurası, İSESKO-nun yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

BMT-nin Siviliziyasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser forumda təşkilatçılığına görə Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Forum çərçivəsində mühüm iclas oldu. Biz daha sıx işləməliyik. Bu, məqsədlərimizə nail olmaq üçün vacibdir. Biz ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Gələn il Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı “Bakı prosesi”nin 10 illiyini qeyd edəcəyik”.

İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveyçri çıxışında deyib ki, forum çox səmərəli olub. Onun sözlərinə görə, bu cür tədbirlər bundan sonra da davam etdirilməlidir. Bəşəri dəyərləri əsas tutaraq nifrət aşılanmamalıdı. İSESKO olaraq biz etibarlı tərəfdaşıq”.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, bu forum düzgün məkanda və zamanında keçirilib: “Tədbir yüksək səviyyədə keçirilib. Biz bu forumda prinsipləri müəyyən etdik. Mədəniyyətlərarası dialoqdan danışarkən kiməsə dərs vermək fikrimiz yoxdur. Biz çalışırıq ki, insanlar sülh şəraitində yaşasınlar. Əlimizdən gələni etməliyik ki, dünyada hamı yaxşı yaşasın. Azərbaycan zəngin ölkədir. Dünyada elə xalqlar var ki, istərdik onlar da sizin kimi yaşasın”.

Qeyd edək ki, forum çərçivəsində 40-dək sessiya və tədbir keçirilib.