Elektron ədəbiyyat və sənət portalı

Haynrix Böllün “İki roman”ı işıq üzü gördü

Bölmə: Özəl baxış üçün 21.07.2017

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.

Kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.

Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.