Elektron ədəbiyyat və sənət portalı

Əsas olan nədir: kəmiyyət, yoxsa keyfiyyət?

Bölmə: Ədəbiyyat 02.10.2015

Sözügedən nəşr, 2004-cü ildə işıq üzü görmüş əvvəlki orfoqrafiya lüğətindən həcminə görə fərqlənir. Belə ki, əvvəlki lüğətdə 80 minə yaxın söz vardısa, yeni nəşrdə bu sözlərin sayı 110 mini ötür. Əlavə edilmiş sözlərin çoxunun, lüğətin “Önsöz”ündə  “yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlər” olduğu bildirilsə də, nəşrlə bağlı meydana çıxan narazılıqların və mənfi rəylərin əsas səbəblərindən birinin, həmin bu “ yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil edilməsi unudulmuş sözlər”dən ibarət olmasıdır.

Redaksiyamıza oxuculardan, mütəxəssislərdən, ayrı-ayrı vətəndaşlardan gələn məktublarda lüğətlə bağlı müxtəlif rəylər, fikirlər səsləndirilir:

“... Təqdir olunası haldır ki, “Lüğətin quruluşu” bölməsində Azərbaycan dilinin qrammatik qaydaları, şəkilçilərin birləşməsi, orfoqrafiya qaydaları, mürəkkəb sözlərin yazılışı və sair haqqında kifayət qədər qənaətbəxş məlumat verilir. Lakin əgər lüğətdə: “...bir vurğu ilə deyilən mürəkkəb sözlərin (arabir, balacaboy, beşmərtəbə, bugünkü, dilucu və s.); tərkibində anti, audio, auto, avia, avto, bio, elektro, faqo, foto, infra, hidro, makro, mikro, mono, nano, neyro, paleo, poli, psevdo, stereo, super, trans, ultra, vibro, video, zoo hissəcikləri olan mürəkkəb sözlər”in bitişik yazıldığı qeyd olunursa və belə sözlərin (məsələn, “balacaboy, beşmərtəbə, çoxpilləli, birpərdəli, aviabilet, makroiqtisadi, mikroinfarkt) tərkibindəki “balaca-boy, beş-mərtəbə, çox-pilləli, bir-pərdəli, bilet, iqtisadi, infarkt” sözlərinin yazılışı müvafiq hərflə (B, Ç, P, M, İ) yazılan sözlərin siyahısında ayrıca verilibsə, həmin hissəciklərlə düzələn bütün mürəkkəb sözlərin yerləşdirilməsinə heç bir lüzum yoxdur”.

“... Rəqəmlərlə başlanan bütün mürəkkəb sözləri müvafiq bir qeyd verməklə, lüğətə salmamaq da olardı. Məsələn; “Sözlərin əvvəlində rəqəmlərin iştirakı ilə düzələn mürəkkəb sözlər bitişik yazılır: birmərtəbəli, beşguşəli, altımərtəbə, üçkünc, yeddiotaqlı, doqquzxanalı, beşaçılan...”

“... Sözdüzəldici - vari - şəkilçisi, nədənsə, dönüb olub varı. Nəyə görə, hansı qrammatik qanunlara əsasən, - məlum deyil. Bəlkə, ahəng qanununa görə? - Xeyr!

Əgər belə olsaydı, “üzükvarı, yüngülvarı” sözləri “buynuzvarı, qalxanvarı” kimi yox, ahəng qanununa görə ”üzükvari, yüngülvari” şəklində yazılardı. Yenə də ahəng qanununa tam riayət etmək mümkün olmur. “Vari” şəkilçisi ilə düzələn bütün sözlər “varı” şəklindədir. Orfoqrafiya lüğətinə istinad etsək, deməliyik ki, Azərbaycan dilində daha “vari” şəkilçisi mövcud deyil?!”

“... Lüğəti vərəqləyərkən bəzən adamda elə təsəvvür yaranır ki, tərtibçilərin sanki lüğətin sanbalını, həcmini və çəkisini artırmaqdan savayı məqsədi olmayıb. Lüğətin hər bir səhifəsinə ötəri nəzər salan hər kəs bizim müəyyən mənada haqlı olduğumuzla razılaşar. Misal üçün:

Aa (səh.23) –(birinci səhifə, başlanğıcdan)

ab

aba

abad, abadan, abadanlanma, abadanlanmaq, abadanlaşdırılma, abadanlaşdırılmaq, abadanlaşdırma, abadanlaşdırmaq, abadanlaşma, abadanlaşmaq, abadanlıq,.. abadlanma, abadlanmaq, abadlaşdırılma, abadlaşdırılmaq, abadlaşdırma, abadlaşdırmaq, abadlaşma, abadlaşmaq, abadlıq...

abajur

abajurlu

abajursuz

abır

abır-həya

...abır-həyagözləmə

abır-həyalı

abır-həyasız və s. və i.a.

Dd (səh. 174):

Dıq, dıqı, dıqı-dıqı, dıqqa, dıqqa-dıqqa, dıqqan, dıqqana, dıqqanca, dıqqancıq, dıqqı, dıqqı-dıqqı, dıqqıldanma, dıqqıldanmaq, dıqqıldatma, dıqqıldatmaq, dıqqıldaya-dıqqıldaya, dıqqılı, dıqqılca, dıqqılı-dıqqılı, dıqqıltı.

Dılğır, dılğırlaşma, dılğırlaşmaq, dılğırlıq.

... dın-dın, dınq, dınq-dınq, dınqadınq, dınqadırınq, dınqıldada-dınqıldada, dınqıldama, dınqıldamaq, dınqıldanma, dınqıldanmaq, dınqıldatma, dınqıldatmaq, dınqıldaya-dınqıldaya.

dınqılı, dınqılı-dınqılı, dınqıltı, dınqıltılı, dınqıltısız.

... dır-dır, dır-dıretmə, dırıldama, dırıldamaq, dırıldatma, dırıldatmaq və s. və i.a.

Bu kimi nümunələr yüzlərlədir.

“Abajur” sözünü verib, əlavə olaraq “abajurlu, abajursuz” sözlərinin də necə yazılmalı olduğunu göstərməyə ehtiyac varmı?”

““Lüğətin quruluşu” bölməsində qeyd edilir: “Sadə və düzəltmə, məlum (ağarmaq, getmək, oxumaq, yazmaq); məchul (deyilmək, oxunmaq, yazılmaq); qayıdış (döyünmək, görünmək, yuyunmaq); qarşılıq-birgəlik (boğuşmaq, deyişmək, gülüşmək); və icbar (acdırmaq, dedirtmək, oxutmaq, oxutdurmaq) feilləri lüğətdə ayrıca söz kimi verilir”.

Zənnimizcə, “demək” sözünü düzgün yaza bilən (bilməyən də orfoqrafiya lüğətindən öyrənəcək) şəxs, “deyilmək”, “deyinmək”, “deyindirmək”, “deyişmək”, “dedirtmək”, “dedirtdirmək” sözlərini də düzgün yazacaq. Bu baxımdan, onların lüğətdə ayrıca söz kimi verilməsinə ehtiyac yoxdur”.

“... Lüğətdə bəzən bir sözün iki variantda yazılışı verilir, ayrı-ayrı bölgələrin danışıq şivəsində işlənən sözlərə rast gəlinir. (Altun - altın; brahmanlar – brəhmən-brəhmənizm-brəhmənlik) və sair və ilaxır.

 Adıçəkilən lüğətlə bağlı yaranmış vəziyyətin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanan “İşlək orfoqrafiya lüğəti”ndən bir hissəni (2013-cü il nəşri olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ilə yanaşı) təqdim edir, yaxın aylarda işıq üzü görəcək bu nəşrə dair fikir və mülahizələrinizi, təklif və iradlarınızı gözləyirik.

İnanırırq ki, birgə səylərimiz nəticəsində nəşrin ərsəyə gəlməsinə nail ola bilərik.

 

İşlək orfoqrafiya lüğəti (işlənmiş variant)

  1. abad
    abadan
    abadanlanma
    abadanlaşdırılma
    abadlaşdırılma
    abadca
    abadetmə
    abadlıq
    abajur

***

  1. abak
    abaka, texniki banan
    abaksial
    abalı
    abasbəyi (armud növü)
    abaz (-lar)
    abaza (-lar)
    abaza dili
    abazca
    abbası
    abbasılıq
    Abbasi (-lər) (Sülalə adı)
    abbat
    abbatlıq
    abdal
    abdalca
    abdalilər
    abdallıq

 

***

  1. abdar
    abdarlıq
    abdəst
    aberrasiya
    abgərdən
    Abgül (adam adı)
    Abgün (adam adı)
    ab-hava
    ab-havalı
    abxaz (-lar)
    abxazca
    abı (mavi)
    abı-göy
    abılıq
    abır
    abırlı
    abır-həya
    abır-həyalı

***

  1. abır-ismət
    abırlılıq
    abırsız
    abırsızlıq
    abırsızcasına
    abı-sarı
    abıtəhər
    abıyaçalan
    abıyaoxşar
    abı-yaşıl
    abid
    abidanə
    abidcəsinə
    abidə
    abidə-bulaq
    abidəətrafı
    abidəqoyma
    abidəli
    abidəyanı
    abidləşmə
    abidlik
    abilitasiya
    abiotik
    abituriyent
    abkeş

***

  1. abqora
    abolisionist
    abolisionizm
    abonement
    abonemetr
    abonent
    aborigen
    abort
    abreviatura
    abrikotin
    absent
    absenteizm
    absolyut

***

  1. absolyutizm
    absolyutluq
    absorbent
    absorber
    absorbsiometr
    absorbsiometriya
    absorbsiya
    abstraksionizm
    abstraksiya
    abstrakt
    abstraktlıq
    abstraktlaşdırılma
    absurd
    absurdluq
    abunə
    abunəçi
    abzas
    ac

***

  1. ac-acına
    acar (-lar)
    acarca
    ac-çılpaq
    acdırma
    acdırmaq
    acgödən
    acgödənlik
    acgöz

 

Azərbaycan dilinin orfoqrafiya lüğəti (Bakı şəhəri 2013-cü il)

  1. ab
    aba
    abad
    abadan
    abadanlanma
    abadanlanmaq
    abadanlaşdırılma
    abadanlaşdırılmaq
    abadanlaşdırma
    abadanlaşdırmaq
    abadanlaşma
    abadanlaşmaq
    abadanlıq
    abadca
    abadedən
    abadetmə
    abadıstan
    abadlanma
    abadlanmaq
    abadlaşdırılma
    abadlaşdırılmaq
    abadlaşdırma
    abadlaşdırmaq
    abadlaşma
    abadlaşmaq
    abadlıq
    abajur
    abajurlu
    abajursuz

***

  1. abak
    abaka, texniki banan
    abaksial
    abalı
    abandon (iqt.)
    abasbəyi, armud
    abasız
    abatment
    abavü-əcdad
    abaz (-lar)
    abaza (-lar)
    abaza dili
    abazca
    abbası
    abbasılıq
    abbasi (-lər)
    abbat
    abbatlıq
    abco
    abdal
    abdalca
    abdalcasına
    abdalilər
    abdallaşma
    abdallaşmaq
    abdallıq

***

  1. abdar
    abdarlıq
    abdəst
    abdəstxana
    aberrasiya
    abgah
    abgərdən
    abgül
    abgün
    abgüşt
    ab-hava
    ab-havalı
    abxaz (-lar)
    abxaz-adıgey
    abxazca
    abxor
    abı
    abıca
    abı-göy
    abı-qırmızı
    abılıq
    abır
    abır-həya
    abır-həyalı

***

  1. abır-ismət
    abırlama
    abırlamaq
    abırlandırma
    abırlandırmaq
    abırlanma
    abırlanmaq
    abırlı
    abırlılıq
    abırsız
    abırsız-abırsız
    abırsızca
    abırsızcasına
    abırsızlıq
    abırsızolma
    abı-sarı
    abıtəhər
    abıyaçalan
    abıyaoxşar
    abı-yaşıl
    abi-bəqa
    abi-çeşm
    abid
    abidanə
    abidcəsinə
    abidə
    abidə-bulaq
    abidəətrafı
    abidəqoyma
    abidəli
    abidəsiz
    abidəyanı
    abidləşmə
    abidləşmək
    abidlik
    abi-heyvan
    abi-həyat
    abi-kasni
    abi-kövsər
    abilitasiya
    abi-niysan
    abiogenez
    abiotik
    abi-rəvan
    abisin
    abissal
    abituriyent
    abituriyentli
    abituriyentsiz
    abiyetin
    abi-zəmzəm
    abi-zindəgani
    abkeş

***

  1. abqora
    abqoralı
    abqoralıq
    abqorasız
    ablativ
    ablyasiya
    abnos, ağac
    abolisionist
    abolisionizm
    abolisiya
    abonement
    abonemetr
    abonent
    abordaj
    aborigen
    abort
    abortiv
    abortivlik
    abpaş
    abraziv
    abrazivlik
    abraziv-maye
    abraziya
    abreirasiya
    abrek
    abreviatura
    abrikotin
    abriz
    abroqadasiya
    absent
    absenteizm
    abses
    absida (memar.)
    absis
    absolyut

***

  1. absolyutizm
    absolyutluq
    absorbent
    absorber
    absorbsiometr
    absorbsiometriya
    absorbsiya
    absorbsiyaedən
    absorbsiyaedici
    absorbsiyaetmə
    absorbsiyaolunma
    abstinensiya
    abstraksionizm
    abstraksiya
    abstrakt
    abstraktlaşdırılma
    abstraktlaşdırılmaq
    abstraktlaşdırma
    abstraktlaşdırmaq
    abstraktlaşma
    abstraktlaşmaq
    abstraktlıq
    absurd
    absurdluq
    ab-tab
    abtürator
    abuliya
    abunə
    abunəçi
    abyeşik
    abyeşiklik
    abzas
    abzasdanbaşlama
    abzasdanyazma
    ac

***

  1. ac-acına
    acar (-lar)
    acarca
    ac-çılpaq
    acdırma
    acdırmaq
    acgödən
    acgödənlik
    acgödənlikedən
    acgödənolma
    acgöz

«Aydın yol»