Elektron ədəbiyyat və sənət portalı

“Peşəkar aktyorluq dərsləri”nin onlayn versiyası oxucuların ixtiyarına verildi

Bölmə: Özəl baxış üçün 10.04.2018

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindən olan görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabının onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

Kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib. Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah edilir.

Kitab – teatr, rejissor, aktyor sənətinin tədrisi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları”bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.