Stefan Sveyq Balzak haqqında nə düşünürdü?

Mətnin adı: “Stefan Sveyq Balzak haqqında nə düşünürdü?” ("Üç böyük ustad: Balzak, Dikkens, Dostoyevski" kitabından bir hissə)

Tərcümə: Misir Məmmədli 

 

Yad ulduz bürclərinin altında, piramidaların daşlaşmış şahidliyində döyüşmüş, başladığı böyük işi başa çatdırmaq üçün lazımlı olan bütün gücünü tamamilə itirmiş, sonra isə çox kiçik bir gəmiylə Nelsonun pusquda yatmış zabitləri arasından süzülərək ölkəsinə qayıtmışdı. (?)

 

Balzak ətrafındakı hər şeyə çox həssaslıqla yanaşan biri kimi, gözlərini dünyaya açmasının ilk on altı ili ilə imperatorluğun ilk on altı ilinin – ki dünya tarixinin bəlkə də ən fantastik dövrüdür bu – tamamilə üst-üstə düşməsinə laqeyd qala bilməzdi. Çünki ilk təcrübələr və alın yazısı, əslində, elə eyni şeyin daxili və xarici müstəviləri deyilmi?  (?)

 

Dünya tarixinin bu macərapərəst dövrü Balzakın yaddaşına inanılması çətin əfsanələr və ya tarixi hekayətlər şəklində köçürülmür, əksinə, bütün rəngləri ilə, susamışcasına klapanları açılan duyğu orqanlarından keçərək fərdi həyatına daxil olur; hələ əl dəyməmiş daxili dünyasını örtən minlərlə rəngli real xatirəylə birlikdə. (?)

– Belə bir təcrübənin nümunəyə çevrilməsi qaçınılmaz idi. Balzak oxumağı, bəlkə də, uzaq zəfərlərdən qürurla və sərt bir tərzdə, az qala, romalı bir ehtiraslı bəhs edən yazılardan öyrənmişdi; (?)

 

 – Balzak əxlaqın, pulun, ölkənin, qanunların, iyerarxiyanın, yəni əsrlərlə pozulmaz sərhədlər daxilində buxovlanmış olan hər şeyin yavaş-yavaş çölə sızdığı, yaxud daşdığı üçün bu cür böyük dəyişikliklərin baş verdiyi zamanda, əvvəllər heç vaxt bu cür dəyişikliklərin baş vermədiyi bir əsrdə dəyərlərin nisbiliyini çox erkən yaşda dərk etmiş olmalı idi. (?)

 

–  İki il əvvəl doğulmuş olsaydı, indi on səkkiz yaşında Napoleonun əsgərlərinə qoşulmuş, bəlkə də ingilis mitralezlərinin önünə çıxan hər şeyi yerlə-yeksan etdiyi Bel-Alyansda təpələrə hücum edirdi; amma dünya tarixi təkrarları sevmir. Napoleon çağının fırtınalı havasını ilıq, mülayim yaz günləri izlədi.  (?)

 

– Çeşidlilikdən heç bir şey itməməli idi; sonsuzluğu bir sonluluğa, əlçatmazı insan üçün mümkün olanın daxilinə yerləşdirmək üçün sadəcə bir proses var: sıxışdırmaq. Bütün gücü ilə fenomenləri bir araya sıxışdırmaq, onları süzgəcdən keçirmək və beləliklə, əhəmiyyətsiz olanları atıb yalnız saf, dəyərli formaları əldə etmək və sonra bu tək-tək dağınıq formaları əllərinin közündə sıxışdırmaq;  (?)