Məşhurların dil haqqında dedikləri

Bölmə: Art 20.07.2018

Dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar.

V.Belinski

Dilin pisi-yaxşısı olmur... Çünki dil yalnız güzgüdür. O güzgüyə gileylənmək yersizdir.

S.Dovlatov

Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı var.

Volter

Dil – fikrin libasıdır.

S.Conson

Xarici dil bilməyən adam öz dilini də yaxşı bilməz.

İ.Höte

Dil elə bir qurğudur ki, gərək yayının cırıldamağına imkan verməyəsən.

A.Rivarol

Dillər arasında fərq o qədər böyükdür ki, bir dildə ko­bud səslənən söz o biri dildə tamam fərqli səslənir.

D.Drayden

Dil və söz ağacın budağı və yarpağı kimidir.

A.Peres

Dil xalqın təfəkkürünün güzgüsüdür; hər irqin intel­lekti stereotip kimi dilinə keçir və medal kimi ora həkk olunur.

X.Sexador

Nə olur-olsun, doğma dil doğmalığında qalır. Ürəkdən danışmaq istəsən, ağlına bir fransız sözü gəlməz. Əgər seçilmək istəyirsənsə, bu başqa məsələ.

L.Tolstoy

Yalnız ölü dillər əbədiyyətə qovuşur.

A.Rivarol

Hər dilin öz söz axını, harmoniyası var.

K.Batyuşkov

Bir xalqın xarakterini bilmək istəyirsənsə, əvvəlcə onun dilini öyrən.

Pifaqor

Dili qorumaq lazımdır. Dil sadə və zərif olmalıdır.

A.Çexov

Əgər dilə öz şirəsindən, kökündən bəhrələnməyə və öz mayasında qıcqırmağa imkan verməsəniz, dil zəngin­ləşməz, müasir tələblərə cavab verməz.

V.Dal

Yaxşı ifadə edilmiş fikir bütün dillərdə müdrik səslənir.

D.Drayden

Dil - taqqıldadıb musiqi çaldığımız çatlamış qaza­na oxşayır. Bu səs, elə bil, ayı rəqsi üçün nəzərdə tutulub.

Q.Flober

Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən.

P.Buast

Gözəl dil hətta ən sarsaq fikrə də ləyaqət donu geyindirir.

V.Şvebel

Şeir dili ilə nəsr dili arasında fərq axtarmaq yersizdir. Saf şeir dilini oxuyub başa çatdırmaq olmaz, saf nəsr dilini isə öyrənməyə dəyməz.

U.Oden

Dilini bilmədiyin adamın nə vaxt susduğunu da bilməzsən.

S.Lei

 

Hazırladı: N.ƏLİYEVA