Kibrit çöpləri

 

Yatır Prometeyin dinc әsgәrlәri

qaranlıq kazarmada.

Darısqaldır yerlәri,

 qarışıqdı yuxuları.

Uyuyur qalaq-qalaq

kazarma divarında

başı üstә sürütlәnmәk qorxuları...

 

... Açıldı qapı,

keçdi Prometeyin gәnc bir әsgәri –

acı bir papiros açdı gözünü!

 

Söndü

342 Prometeyin bir әsgәri dә –

bir ev isindi...

 

Öldü Prometeyin bir әsgәri dә –

bir tonqal qan kimi fışqırdı çöldә!

Ulu Prometeyin gәnc әsgәrlәri

oda bürünә-bürünә,

ölә-ölә Prometey babanın yadigarını