Şəms Təbrizinin şeiri

 

Şәms Tәbrizinin şeiri

Ağlamağa gəlincə… 
Ağlamağa gəlincə…
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar…
ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…
Sonra, ancaq sonra
bütün yağışlar
İldırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…
yediyimiz çörəklər necə də dadsızdı…
onların dadını ancaq 
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar….
orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar…
göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa
o həm var, həm də yoxdu…
bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu,
uşaqlar ağlarsa, ağlasın
onların gözündə su var, 
göz yaşı hələ ki yoxdu….
Ölüm, bizim sözləri tələffüz etsə, 
onların tərkibindən
bir sait, samit səs düşəcək,

İnsan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək çərpələng ola bilməyəcək…
Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da 
yerindən tərpədəcək.
Hər nə var idi,
o sənə yar idi,
qapı da divar idi,
Xaneyi – hikmətə
Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,
sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm,
Pəncərələri eynək tək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm….
Mən,
Mən,
Mən….

 

Ey mәnә bәnzәr insan

 

Bu alәm ağı qaranı özündә birlәşdirәn

qorxunc ağcaqayın idi,

bu çoxdan aydın idi,

göydәki ulduzları quru meyvә kimi

suya salmaq lazım idi,

bu çoxdan aydın idi…

Ey mәnәbәnzәr insan, sәn hardasan?

hardasa yaxındasan

pәrdәnin arxasındasan,

 

ürәyin darıxır,

әlindә kibrit qutusunu

oynatmaqdasan…

bu ucuz şorbaların buğundan tәrlәmiş

güzgülәrin üstündә

mәn barmağımla hansı sevgimin adını yazım?

bilmirәm ölüm,

yoxsa qalım.

bәlkә, gedim, o mәnәbәnzәr insanı

axtarım tapım,

bir әsgәr kimi bel kәmәrinin toqqasını

silib parıldadım,

onun qabağına çıxım?

Ağ ev, Qızıl meydan sozlәrindәki

rәnglәrә olan qәdim inamlara,

bәlkә dә, yalanlara,

mәndә bir inam qalmayıb,

zaman bizә verdiyi

maaşları azaldıb,

bilirәm, mәnәbәnzәr o insan

gәlib buralarda mәni axtarıb…

ancaq tapmayıb…

burdakı yazı mizlәrinin üstünә

fahişәlәrin telefon nömrәlәri yazılıb,

kim gәlib, bildiyi başqa nömrәlәri dә

ora artırıb,

mizlәrin üstündә boş yer qalmayıb!

bütün bunlar mәnim varlığımı sarsıdır,

ey mәnәbәnzәr insan, indi, bu gün

bizim göruşümüzün vaxtıdır!!!

 

Kor әrәbin nәğmәsi

 

Ciblәrimiz pul üçün deyil,

әllәrimiz üçündü...

Gör bir nәyi unutmuşuq...

Nişan üzüklәrinin tәkәrlәri üstә

insan sevgilәri hara gedir, hara?

Ümid qalıb Allaha,

“baş” adlandırdığımız

bәdәn çardağında

alәm bir-birinә dәyib...

 

Uşaqlar da dünya tәmizliyinә inanmayaraq,

öz dәrsliklәrinә ikiqat üz çәkib...

Bütün bu eyni söhbәtlәr,

gözlәrimizdә eynәklәrin yaratdığı

yalancı şüşәbәndlәr,

necә dә mәnasızdı,

atasızdı, anasızdı...

öz aramızdı

hansı vәtәnә, hansı iyidliyә inanaq?

“FM” dalğalarını nә qәdәr qurdalasaq,

hәr yerdә eyni eybәcәr sәslәr...

Gecәdәn sәhәrә qәdәr...

Mәn burda özümә

iynәylә dә gor qazardım...

Uzanıb

rahatlanardım...