Türkiyənin tanınmış lüğətçi-alimi Tərcümə Mərkəzində

Bölmə: Xəbər 06.12.2018

 

Dekabrın 6-da Türkiyənin tanınmış lüğətçisi, dilçi-alim, professor Şükrü Haluk Akalın Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan və türk dillərinin filoloji, elmi və ədəbi müstəvidə təhqiqatına xidmət edəcək ortaq layihələrlə bağlı fikir mübadilə­si aparılıb. Bu istiqamətdə Türk Dil Qurumu və Azərbaycan Dövlət Tərcümə Mər­kəzi­nin birgə əməkdaşlığı ilə ərsəyə gətiriləcək lüğət və sözlüklərin tərtibi və nəşri, həmçinin Azərbaycan dilinin və ədəbiyyatının qardaş ölkənin universitetlərində tədrisi, eləcə də Türkiyə – Azərbaycan ədəbiyyatları arasında əlaqələrin genişlənməsinə yol aça­caq digər məsələlər müzakirə edilib.