Xatirә


İşıqlar tәzәcә yanmışdı kәnddә,
Dedin ki, yanında yer saxlayarsan,
qaçıb gәlәcәyәm kinoya mәn dә.
Cığırlar, sәkilәr әl-әlә tutub,
sürünüb gedirdi kluba sarı.
Aramızda düşüb qaldı o axşam
hәr gün aşdığımız bir kәnd hasarı.


Bir vaxt on beş yaşlı gur hәvәsimiz
yamaca dırmaşdı, dәrәyә endi.
Sol yanım boş qalıb elә o gündәn,
Hey dolub-boşalıb elә o gündәn.


Bir sәs tanıyırdım sәsinә oxşar,
Bir söz tanıyırdım –
umu-küsünә oxşar,
hansı döngәdәsә yoxa çıxdılar.


İndi otuz yaşlı gur nәfәsim var,
indi on beş yaşlı sәrt hәvәsim var.
Sol tәrәfdә ürәk, sağda – xәyalın,
arada – boşluq.
Mәn isә yenә dә sizә qoşulub,
çıxıram yollara ayağıyalın…

 

Güllәlәr demәdi...


Getdilәr. Getdilәr fit çala-çala,
Getdilәr atları çimizdirmәyә –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dәrmәyә
Bizi aparmadılar.


Yalvarıb-yalvarıb dil tökәndә biz,
onlar üstümüzә od әlәdilәr,
qışqırıb-tәpinib, hәdәlәdilәr:
“Hәlә uşaqsınız… nә yaşınız var…”


Bir gün xәbәr gәldi: dava başlanıb…
Onlar әsgәrliyә çağırıldılar.
Nә tütәk çaldılar, nә fit çaldılar,
fikirli oldular, ağır oldular…


Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
“Gәlmәyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirmәyә,
Qulançar yığmağa, moruq dәrmәyә”.


Biz getdik atları çimizdirmәyә,
qulançar yığmağa, moruq yemәyә,
düşüb arxamızca gәldi uşaqlar,
Dilimiz gәlmәdi bir söz demәyә.


Onların yoxluğu düşdü araya,
Oyunlar, “mәclislәr” qaldı yarımçıq.
Toylar da seyrәldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –


Kәndimiz yamanca uralanmışdı,
hәrdәn korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçәk dә qaralanmışdı:
“Deyәsәn, gedәnlәr qayıtmayacaq” –


Mәrmilәr, güllәlәr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kәtmәn vura-vura, ot çala-çala
baxdıq yollara.


Getdilәr, getdilәr Berlinә sarı,
getdilәr, getdilәr ölümә sarı.
Güllәlәr demәdi: geri qayıdın.
Lülәlәr demәdi: geri qayıdın,
qәlpәlәr demәdi: geri qayıdın,
hәlә uşaqsınız, nә yaşınız var…



Hәsrәt


Sәn qanadlı xәbәr kimi,
yad qapını açan gündәn –
Hәsrәtinlә yaşayıram bir otaqda,
hәsrәtinlә yaşayıram bir torpaqda,
bir dünyada.
Qatarlarda, tәyyarәlәrdә, gәmilәrdә
sәnәd kimi öz yanımla
gәzdirirәm hәsrәtini.
Ora-bura sürümәkdәn
bezdirirәm hәsrәtini.
İstәyirәm, azdıram mәn hәsrәtini
alqış dolu salonlarda –
bacarmıram.
İstәyirәm, azdıram mәn hәsrәtini
dalanlarda,
döngәlәrdә,
izdihamlı küçәlәrdә –
bacarmıram.
Hәsrәtinә gücüm çatmır, sәnә – әlim,
İstәyirәm, hәsrәtini
Meşәlәrә, dәnizlәrә atıb gәlim –
Bacarmıram.
Hәsrәtinә gücüm çatmır, sәnә – әlim.
Süfrәmdәki çörәk deyil, hәsrәtindir,
sinәmdәki ürәk deyil, hәsrәtindir
hey döyünәn.
Ürәyimin başını mәn
ovuduram bir uşaqtәk.
Sәndәn qalan xatirәlәri,
olub-qopan hәsrәtini
ürәyimin qabağına atıram mәn
oyuncaqtәk,
öz başımı qatıram mәn
bir uşaqtәk.
Hәsrәtini içirәm mәn,
hәsrәtini çәkirәm mәn.
Nә yaxşı ki, hәsrәtin var!..
Hәsrәtinlә yaşayıram bir otaqda,
hәsrәtinlә yaşayıram bir torpaqda,
bir dünyada,
Yaşayıram,
yaşayıram,
yaşadıram hәsrәtini.


Adsız şeir


Saxlayım saatımı, söndürüm işığımı –
Heyfim gәlir saata da,
işığa da,
özümә dә,
qaranlığa da.
Әl çәkin,
dodaqlarım bağlı qalsın
nәnәmin qapısı kimi.
Gözlәrim durulsun,
әllәrim fikrә gestin.
Susum, susum
bir namәrdin qәsdi kimi.
Sahildә qumları,
göydә ulduzları,
yerdә adamları,
nadanları
saymaq istәyirәm.
Canınız yanırsa mәnә,
әl çәkin yaxamdan, әl çәkin:
bir mühasib çağırın,
ya da ağıllı bir maşın –
hesablasın görәk
nә qәdәr yalan udmuşam,
nә qәdәr qәzәb,
neçә arzuma başsağlığı verilmәyib,
nәlәr keçib könlümdәn, yuxumdan…